Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva təhsilin vəziyyəti və tədris prosesi ilə yaxından tanış olmaq məqsədilə Quba rayonuna səfər edib.
Səfər çərçivəsində M.Vəliyeva rayonun Zizik və Qaraçay kənd, Quba şəhər 3 nömrəli tam orta məktəblərinə və texniki-təmayüllü liseyə baş çəkib, təhsil müəssisələrinin pedaqoji kollektivləri ilə görüşüb. Nazir müavini dərs prosesini izləyərək şagirdlərin oxu bacarığı və mütaliə vərdişləri ilə tanış olub, həmçinin həmin məktəblərin X və XI siniflərində təhsil alan şagirdlərlə görüşüb, onlarla peşə seçimi və fənn olimpiadalarının əhəmiyyəti barədə söhbət aparıb.
Nazir müavini, eyni zamanda, Qəçrəş kənd tam orta məktəbində rayonun təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirib. O, son illər ərzində təhsil sahəsində aparılan islahatları diqqətə çatdırıb, məktəb rəhbərlərinə bir sıra göstəriş və tövsiyələr verib. Nazir müavini ümumtəhsil müəssisələrində müvafiq təhlillərin aparılmasının və həmin təhlillərdən nəticə çıxarılmasının önəmini xüsusi qeyd edib.

Mətbuat Xidməti