Aprelin 5-də Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyinə həsr edilmiş futzal üzrə respublika birinciliyinin açılış mərasimi keçirilib.
Respublika birinciliyi Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, Azərbaycan Tələbə Futbol Federasiyasının təşkilatçılığı, Təhsil, Gənclər və İdman nazirlikləri, Futzal Futbol Federasiyasının dəstəyi ilə keçirilir. Yarışlarda ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri iştirak edəcəklər.
Tədbirdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov Azərbaycan Prezidenti İlham Əliyevin Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında müvafiq Sərəncamını xatırladaraq bu təhsil ocağının indiyədək nailiyyətlərlə zəngin şərəfli yol keçdiyini vurğulayıb.
Nazir müavini bildirib ki, dövlətimizin başçısının idmana diqqət və qayğısı sayəsində respublikamız artıq idman ölkəsi kimi dünyada layiqli yer tutur.
Firudin Qurbanovun sözlərinə görə, bu yarışın əsas məqsədi ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında futzalın təbliği və kütləviliyinə, perspektivli idmançıların aşkar edilməsinə və onların ustalardan ibarət komandalara cəlb edilməsinə nail olmaqdır. BDU-nun 100 illik yubileyinə həsr olunan futzal üzrə respublika birinciliyi genişmiqyaslılığı, mütəşəkkilliyi, eyni zamanda, ictimaiyyət tərəfindən maraqla qarşılanması baxımından idman tariximizə yaddaqalan hadisələrdən biri kimi daxil olacaq.
Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra komandalar meydana çıxıb. İlk oyun Bakı Dövlət Universiteti və Azərbaycan Texniki Universitetinin komandaları arasında keçirilib.
Qeyd edək ki, 32 komanda, 600-ə yaxın tələbənin qatıldığı yarışda respublikanın bölgələrində fəaliyyət göstərən təhsil müəssisələri də iştirak edəcək.
Tehsil-press.az