Azərbaycan Respublikasının iqlimi rəngarəngliyi ilə özünəməxsus xüsusiyyətlər kəsb edir. Bu əsrarəngiz müxtəliflikdə bir neçə amil əsas rol oynayır.
Azərbaycan Respublikası subtropik iqlim qurşağının şimalında - Qafqazın cənub-şərqində və İran yaylasının şimal-qərbində yerləşir. Ərazinin coğrafi mövqeyi, relyefin mürəkkəbliyi, Xəzər dənizinə yaxınlıq, il ərzində Yer səthinə düşən Günəş radiasiyasının bolluğu, ölkənin müxtəlif mənşəli hava kütlələrinin təsiri altında olması və b. özəlliklər burada iqlim müxtəlifliyini şərtləndirir.
Əsasən, dağlıq ölkə olan Azərbaycan ərazisi Böyük Qafqaz, Kiçik Qafqaz və Talış dağlarının xeyli hissəsini tutur. Bu dağ sistemlərinin arasında yerləşən Kür Dağarası Çökəkliyi şərqə doğru genişlənərək Xəzər dənizinə qədər uzanır. Respublikanın şimalında yerləşən və şm-q.-dən c-ş.-ə doğru uzanan Böyük Qafqaz dağları ölkənin böyük hissəsini şimaldan gələn soyuq hava kütlələrinin birbaşa təsirindən qoruyur. Nəticədə respublikanın əksər düzən və dağətəyi ərazilərində quru subtropik iqlim formalaşır. Səth quruluşunun müxtəlifliyi iqlim ünsürlərinin qeyri-bərabər paylanmasına, şaquli qurşaqlığa və s.-ə səbəb olur.
Respublikada günəşli saatların illik miqdarı 1900-2800 saat arasında dəyişir. Ümumi Günəş Radiasiyasının (ÜGR) illik miqdarı Kür-Araz ovalığında 128-132 kkal/sm2, dəniz səviyyəsindən ~ 500-600 m yüksəklikdə 120-125 kkal/sm2, daha sonra artaraq Böyük və Kiçik Qafqazda 3000 m-dən yuxarıda 140-150 kkal/sm2, Naxçıvan MR ərazisində isə 160 kkal/sm2-a qədər artır.
Radiasiya balansı (RB) illik düzən və dağətəyi zonada 40-50 kkal/sm2, yüksəkdağlıqda isə 15-25 kkal/sm2 təşkil edir.
Ölkəmizdə iqlimin formalasmasına arktik (Kara və Skandinaviya antisiklonları), mülayim enliklərin kontinental (Sibir antisiklonu) və dəniz (Azor maksimumu), tropiklərin isti hava kütlələri (subtropik antisiklonlar və cənub siklonları), Mərkəzi Asiya üzərində yaranan antisiklon, o cümlədən yerli atmosfer prosesləri təsir göstərir.
Havanın orta illik temperaturu Kür-Araz ovalığı, Abşeron y-a-sından cənubda yerləşən sahilboyu zona və eləcə də Lənkəran ovalığında 14-15°C təşkil edir. Dağlara doğru azalaraq 2000 m yüksəklikdə 4-5°C, 3000 m-də isə 1-2°C - dir.
Ölkədə havanın temperaturunun mütləq max. (+46°C) və mütləq min. (-33°C) qiynətləri kəskin kontinental iqlimi ilə seçilən Naxçıvan Muxtar Respublikasının (NMR) Arazboyu düzənliklərində müşahidə olunmuşdur.
Azərbaycanda yağıntılar, əsasən, hava kütlələrinin əraziyə müdaxiləsi ilə əlaqəlidir. Yağıntıların miqdarını, mövsümünü və illik paylanmasını hava kütlələrinin relyef və Xəzər dənizi ilə qarşılıqlı əlaqəsi müəyyənləşdirir. Ən az yağıntı c-ş. Qobustan və Abşeron y-a-sının cənub sahilində düşür. Yağıntıların miqdarı Xəzərdən qərbə, düzənliklərdən dağlara doğru tədricən artır.
Orta illik mütləq rütubət yüksəkdağlıqda 4-5 mikrobar(mb), ovalıq və Xəzərsahili zonada 14-15 mb-dır. Bu kəmiyyətlər uyğun yüksəkliklərdə NMR ərazisində başqa regionlara nisbətən 1-5 mb aşağıdır. Ən az orta aylıq mütləq rütubət yanvarda NMR ərazisində ( düzənlərdə ~ 4 mb, dağlarda isə daha az), ən çox isə iyul-avqustda Xəzərsahili zonada (20-24 mb) müşahidə olunur. Nisbi rütubətin orta illik kəmiyyəti Xəzərsahili rayonlarda 70-80%, Kür-Araz ovalığında 70%, ortadağlığın 1000-2000 m yüksəkliyində 60-75%, Böyük və Kiçik Qafqazın yüksəkdağlığında 55-60%-dir. Yayda Talış dağları istisna olmaqla rütubət bütün ortadağlıq rayonlarda yüksəkliyə doğru artır (2000 m-yə qədər), qışda isə azalır.
Buludluluğun illik gedişi və paylanması da müxtəlifdir. Ən çox buludluluq qışda müşahidə olunur. Max. buludluluq yüksəkdağlıqda (2000 m-dən yuxarı), əsasən, yazda və yayın əvvəlində; ortadağlıqda və qismən dağətəyidə (200-500 m yüksəkliklər arası) yazda və payızda; düzənliklər, xüsusən də dənizsahili zonada qışda və yazda; min. buludluluq isə yüksək və ortadağlıqda qışda, düzənlik və dağətəyi zonalarda isə yayda olur. Düzənlik və dağətəyidə yayda havalar uzun müddət az buludlu və buludsuz keçir. Bəzi illər yayda NMR-in Arazboyu düzənliklərində demək olar ki, olmur.
Azərbaycan ərazisi üçün, əsasən, oroqrafiya və atmosfer dövranı proseslərinin qarşılıqlı əlaqəsindən formalaşan yerli küləklər səciyyəvidir.
İqlim xassələrinə görə ölkəmizdə özünəməxsus torpaq-iqlim xüsusiyyətlərinə məxsus 5 iri iqlim vilayəti ayrılır:
I - Mərkəzi Çöl vilayəti - Kür-Araz ovalığı, qərb dağətəyi çölləri ( Ceyrançöl, Acınohur, Gəyən və s.) və Abşeron y-a-sı aiddir.
II - Böyük Qafqaz vilayəti;
III - Kiçik Qafqaz vilayəti;
IV - Lənkəran vilayəti;
V - Naxçıvan vilayəti.
Müxtəlif xassələrə görə V.V.Keppenin təsnifatına əsasən, (A.V.Voznesenskinin bəzi əlavələri ilə), Azərbaycan üçün iqlim tipləri xəritəsi işlənmişdir.
Keppen-Voznesenskidən fərqli olaraq buxarlanma qabiliyyəti ilə yağıntıların nisbəti, nisbi rütubətlənmə əmsalına əsasən, təyin edilmişdir. Nəticədə 26 yarımtipi olan 8 əsas iqlim tipi ayrılmışdır. Beləliklə, planetimizin 11 əsas iqlim tipindən ( Keppenin təsnifatına əsasən) 8-nə respublikamızda rast gəlinir:
I. Yarımsəhra və quru çöllər: əsasən, Mərkəzi Çöl vilayəti: (400 m yüksəkliyə qədər), Samur çayındam Qızılağac körfəzinə qədər dənizsahili zona, NMR-in Arazboyu düzənliklərondə yayılmışdır. Həmçinin Lənkəran vilayətində Qızyurdu zirvəsindən şimalda qapalı dağ çökəkliklərində (d/s-dən 1000 m-dən yüksəklərdə) rast gəlinir.
Zəif rütubətlənmə və əsasən, isti qışı ilə səciyyələnir. 10°C-dən yuxarı orta sutkalıq temperatur cəmi 4000 °C-dən çox olub, Kür-Araz ovalığında 4400-4700°C təşkil edir. Yayda ayrı-ayrı günlərdə temperatur tez-tez 36°-40°-yə çatır, bəzən isə daha yüksək olub, isti-quru küləklərin ywrli tipləri ilə (ağ və qara yel) bağlı çox qızmar və quru hava hökm sürür. Belə hava aydın, günəşli günlərdə yerli hava kütlələrinin həddən artıq qızması və yenidən formalaşması, həmçinin Cənubi Qafqaz ərazisinə cənubdan tropik havanın daxil olması, cənub siklonlarının qərbdən-şərqə - Aralıq dənizi, Qara dəniz, Şm. Qafqaz istiqamətində keçməsi, həm də əlverişli sinoptik şəraitdə qızmar və quru Orta Asiya havasının şərqdən - Xəzər üzərindən ərazimizə daxil olmasının nəticəsidir.
II. Qışı quraq keçən mülayim-isti iqlim: Böyük Qafqazın cənub yamaclarının alçaqdağlıq və ortadağlıq zonalarında 400-1000 m hündürlüklərdə (Qanıx-Əyriçay vadisi - 200-500 m), Kiçik Qafqazın şimal və şərq yamaclarında d/s-dən 400-1500 m yüksəkliklərdə yayılmışdır. O, az və mülayim rütubətlənmə, yumşaq, az yağıntılı qış və mülayim-isti yayı ilə fərqlənir. 10°C-dən yuxarı temperatur cəmi, əsasən, 3000°C-dən 4000°C-yə qədər olur. Dənli bitgilərin becərilməsi, bağçılıq, üzümçülük, həmçinin ortadağlıq zonada kurortların yaradılması üçün əlverişlidir.
III. Yayı quraq olan mülayim-isti iqlim: əsasən, Lənkəran vilayətində yayılmışdır. Kifayət və hətta ifrat rütubətlənmə (illik yağıntı mümkün buxarlanmanın ≥ 100-150%-ni təşkil edir), yumşaq qış, mülayim-isti, quru yay və çox yağışlı payızla fərqlənir. 10°C-dən yuxarı temperatur cəmi 3000-4000°C təşkil edir.
IV. Qışı quru keçən soyuq iqlim: Böyük Qafqazın şm-ş. yamacında d/s-dən 1400-2700 m hündürlükdə yayılmışdır. Mülayim və kifayət rütubətlənmə ilə səciyyələnir. 10°C-dən yuxarı temperatur cəmi 400°-3000°C arası dəyişir.
V. Yayı quru keçən soyuq iqlim: Yalnız NMR ərazisi üçün səciyyəvidir. Bu bölgədə orta və yüksəkdağlıq zonanı əhatə edir (d/s-dən 1000-3000 m arası). Yalnız Arazboyunda yüksək rütubətlənmə (Ə = 50-100%), yüksəkdağlıqda isə sərin yayı ilə fərqlənir. Qış soyuq və qarlıdır. 10°C-dən yuxarı temperatur cəmi 1200°-4400°C təşkil edir.
VI. Bütün fəsillərdə yağıntıları bərabər paylanan mülayim-isti iqlim: Böyük Qafqazın cənub yamacının ortadağlıq (600-1500 m) və şm-ş. yamacın meşə zonası üçün səciyyəvidir. Rütubətlənmə əmsallarının ≥ 75-100% və 50-100% kəmiyyətləri, yumşaq qışı və mülayim qızmar yayı ilə fərqlənir. 10°C-dən yuxarı temperatur cəmi 2500°-3800°C təşkil edir.
VII. Bütün fəsillərdə yağıntıları bol olan soyuq iqlim: Yalnız Baş Qafqaz silsiləsinin cənub yamacında müşahidə olunur. və burada yüksəkdağlıq meşə və alp zonalarını əhatə edir. İfrat rütubətlənmə (Ə ≥ 150-200%), soyuq qış və sərin yayı ilə fərqlənir. 10°C-dən yuxarı temperatur cəmi 400°C-2500°C arasında dəyişir.
VIII. Dağ-tundra iqlimi: d/s-dən 2700 m yuxarıda yüksəkdağlıq zona üçün səciyyəvidir və Böyük və Kiçik Qafqaz vilayətlərində , qismən NMR-də (3200 m-dən yuxarıda) rast gəlinir. Əsasən, ifrat rütubətlənmə ilə (Ə = 150-200% və daha çox) fərqlənir. Qış və yay sərin olur. 10°-C-dən yuxarı temperatur cəmi 0°-400°C, Naxçıvanda isə 0°-800°C arasında dəyişir.
Azərbaycanın iqliminin öyrənilməsində və iqlimşünaslıq elmimizdə Ə.Şıxlinski, Ə.Mədatzadə, Ə.Əyyubovun və başqalarının böyük rolu olmuşdur.

ADPU-nun Tarix və Coğrafiya fakültəsinin bakalavriat,
III tədris ili tələbəsi
Taleh MİRZƏYEV
III tədris ili tələbəsi
Taleh MİRZƏYEV