Prezident Aleksandr Lukaşenko bəyan edib ki, “Dostluq” boru kəmərinə düşən çirkli neftə görə Belarusa dəyən zərər yüz milyonlarla dollardır.
Bununla bağlı jurnalistlərə açıqlama verən Belarus lideri ümid etdiyini bildirib ki, Moskva keyfiyyətsiz rus neftinin boru kəmərinə düşməsindən dəyən zərəri mübahisələndirməyəcək:
“O, (Rusiya prezidenti Vladimir Putin-red.) başa düşür ki, zərəri kompensasiya etmək lazımdır. Özü deyib ki, Rusiya üçün ən böyük itki imic itkisidir. Bu zərərin mərkəzində isə Belarus dayanır. Ən çox biz itirdik. Putin ictimai şəkildə bəyan etdi ki, bu, böyük zərərdir. Nə qədər? Mütəxəssislər hesablayar. Hesab edirəm ki, ruslar bunu mübahisələndirməməlidirlər. Yoxsa biz bu məsələyə görə ruslarla məhkəməlik olacağıq? Düşünürəm ki, biz kimin kimə nə qədər borclu olduğunu ayırd edəcəyik”.
Lukaşenko bildirib ki, çirkli neftin boru kəmərinə axıdılmasına görə, iki neft emalı zavodu kirlənib. O, prezident Putinlə kompensasiyanın dəqiq məbləğini müzakirə etmədiyini də əlavə edib.
Tehsil-press.az