Təhsil Nazirliyinin “Bir” tələbə-könüllüləri “Böyük dəbilqə” turnirində birlik nümayiş etdiriblər

Təhsil Nazirliyinin “Bir” tələbə-könüllüləri “Böyük dəbilqə” turnirində birlik nümayiş etdiriblər Heydər Əliyev adına İdman Sarayında keçirilən “Böyük dəbilqə” beynəlxalq cüdo turnirinin təşkilinə Təhsil Nazirliyinin “Bir” tələbə-könüllüləri dəstək veriblər.
Beynəlxalq turnirdə 40-a yaxın “Bir” tələbə-könüllü tamaşaçıların qarşılanması, yönləndirilməsi, xarici qonaqların və idmançıların müşayiət olunması, məlumatlandırılması işlərində uğurla fəaliyyət göstərib. Həmçinin təcrübəli “Bir” koordinatorlar tərəfindən beynəlxalq tədbirə təşkilati dəstək verilib.
“Böyük dəbilqə” beynəlxalq cüdo turnirinin hər bir hissəsində iştirakçılar tələbə-könüllülərin dəstəyindən faydalanıblar. Sonda isə beynəlxalq turnirin idmançıları və qonaqları “Bir” tələbə-könüllülərə təşəkkürlərini bildiriblər.
Tədbir üçün müraciət edən 300-dən çox tələbə-könüllü arasında seçim və müsahibə mərhələsi təşkil olunub. Seçilən tələbə-könüllülərə beynəlxalq turnirdən öncə təlim keçirilib.
Qeyd edək ki, “Bir” tələbə-könüllü proqramı milli könüllü platforması kimi 21 mindən çox üzvə malikdir. Proqram tərəfindən indiyədək 450-dən çox yerli və beynəlxalq tədbirə könüllü və təşkilati dəstək verilib. Tələbələr www.konullu.edu.az saytı vasitəsilə qeydiyyatdan keçə və proqrama qoşula bilərlər.

Mətbuat Xidməti

Oxşar xəbərlər