Mədəniyyət və İncəsənət Universitetində “Bir” tələbə-könüllü proqramının təqdimatı keçirilib

Mədəniyyət və İncəsənət Universitetində “Bir” tələbə-könüllü proqramının təqdimatı keçirilib Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) “Səda” Tədris Teatrında “Bir” tələbə-könüllü proqramının təqdimatı olub.
Tədbirdə universitetin beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektoru, professor Gülşən Əliyeva və “Bir” tələbə-könüllü proqramının əlaqələndiricisi Canoğlan İlyasov proqram və təklif olunan sosial aksiyalar, təlimlər, intellektual yarışlar və digər layihələr barədə məlumat veriblər.
Sonra universitet üzrə proqramın üzvləri tərəfindən fləşmob nümayiş olunub, tələbələrin sualları cavablandırılıb.
Tələbələr www.konullu.edu.az saytında qeydiyyatdan keçərək “Bir" tələbə-könüllü proqramına qoşula bilərlər.

ADMİU-nun Mətbuat xidməti


Mədəniyyət və İncəsənət Universitetində “Bir” tələbə-könüllü proqramının təqdimatı keçirilibMədəniyyət və İncəsənət Universitetində “Bir” tələbə-könüllü proqramının təqdimatı keçirilibMədəniyyət və İncəsənət Universitetində “Bir” tələbə-könüllü proqramının təqdimatı keçirilibMədəniyyət və İncəsənət Universitetində “Bir” tələbə-könüllü proqramının təqdimatı keçirilib

Oxşar xəbərlər