Dekabrın 14-də Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü Proqramının yaranmasının 3 illiyi münasibətilə Azərbaycan Dillər Universitetinin tələbə-könüllüləri tərəfindən tədbir keçirilib.
Proqramın nümayəndəsi Ülviyyə Axundova tələbə-könüllülər üçün yaradılan imkanlardan, qazanılan nailiyyətlərdən danışıb.
Qeyd olunub ki, “Bir” Tələbə-Könüllü proqramı Təhsil Nazirliyi tərəfindən 2015-ci il dekabrın 14-də yaradılan uzunmüddətli layihədir. Proqram milli könüllü platforması kimi 20 mindən çox vahid tələbə-könüllü bazasına malikdir. Könüllülərin təmsil olunduğu bölgələrə Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şəki, Lənkəran və Masallı daxildir. Proqramda tələbə-könüllülər üçün özünü inkişaf mühiti formalaşdırılıb. Burada tələbə-könüllülər üçün müntəzəm olaraq təlimlər, kurslar, seminarlar, təcrübə və mübadilə proqramları həyata keçirilir. Proqramın fəal könüllüləri uğurlu fəaliyyətləri nəticəsində karyeralarına başlayıb, bir çoxları isə beynəlxalq forumlarda ölkəmizi layiqincə təmsil ediblər.
Tələbələrin şəxsi inkişafı və asudə vaxtlarının səmərəli dəyərləndirilməsi üçün 6 istiqamətdə fəaliyyət göstərən proqram tərəfindən indiyədək 400-dən çox yerli və beynəlxalq tədbirə könüllü və təşkilati dəstək verilib.
Azərbaycanda könüllülük sahəsində ilk dəfə həyata keçirilən “Elektron könüllü portalı” proqram tərəfindən yaradılıb. Bu sistem vasitəsilə hər bir tələbə-könüllünün iştirak etdiyi tədbirlərin sertifikatı www.konullu.edu.az saytındakı hesabında yerləşdirilir. Proqrama qoşulmaq istəyən tələbələr www.konullu.edu.az saytı vasitəsilə qeydiyyatdan keçərək fəal tələbə-könüllülərdən ola bilərlər.
Tədbirdə proqramın və tələbə-könüllülərin fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib, istedadlı tələbə-könüllülərin iştirakı ilə mahnılar ifa olunub.
Tehsil-press.az