Oktyabrın 15-16-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) I tədris ili tələbələri üçün Təhsil Nazirliyinin “BİR” Tələbə-Könüllü Proqramının təqdimatı keçirilib. Tədbirdə öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Təqdimatda bildirilib ki, “BİR” Tələbə-Könüllü Proqramı 3 ildir ki, fəaliyyət göstərir. 6 istiqamətdə fəaliyyət göstərən proqram 17 mindən çox tələbəni əhatə edir, 200-dən çox tədbirə dəstək verib.
Proqram ölkədə vahid tələbə könüllü bazasının yaradılması, könüllü tələbələrlə işin təşkilinin sistemləşdirilməsi, tələbələrin könüllü fəaliyyətlə məşğul olmalarının stimullaşdırılması məqsədilə Təhsil Nazirliyinin təşəbbüsü ilə yaradılıb. Ölkəmizdə bir çox genişmiqyaslı tədbirlərin təşkilində və həyata keçirilməsində tələbə könüllülər mühüm rol oynayırlar. Bu proqram çərçivəsində tələbələr könüllülük fəaliyyətinə və müvafiq tədbirlərə cəlb olunaraq dünyagörüşlərini genişləndirir və akademik təhsildən ayrılmadan sosial fəallıqlarını artırırlar. Proqramın seçim meyarlarına tələbənin könüllü şəkildə proqram və tədbirlərdə iştirak etməsi, təhsil aldığı ali təhsil müəssisəsində ictimai fəallığı ilə seçilməsi, yüksək təşkilatçılıq bacarığı, stressə davamlılığı, qətiyyətli, əzmli, məsuliyyətli və diqqətli olması, təhlil etmək və araşdırma aparmaq bacarığının olması, yaradıcılığı, yenilikçiliyi, işgüzar etiket haqqında məlumatlılığı, müxtəlifyönümlü ictimai işlərdə təcrübəyə malik olması, xarici dilləri bilməsi daxildir. Proqram gənclərin asudə vaxtlarının maraqlı və səmərəli keçməsinə xidmət edir. Proqramla bağlı bir çox universitetlərdə tədbirlər keçirilir. Bu proqram könüllü tələbələrə Avropa ölkələrində keçirilən beynəlxalq tədbirlərdə də iştirak etmək imkanı verir.
Təqdimatda “BİR” Tələbə-Könüllü Proqramı ilə bağlı videoçarx nümayiş etdirilib, maraqlı oyunlar keçirilib, tələbə-gənclərin proqramla bağlı sualları cavablandırılıb.

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi