Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində ölkəmizdə səfərdə olan ABŞ nümayəndə heyətinin üzvləri ilə görüş keçirilib.
Görüş zamanı institutun rektoru Ceyhun Məmmədov multikulturalizm ənənələrinin qorunmasının Azərbaycan dövlətinin ən böyük nailiyyətlərindən biri olduğunu qeyd edib. O bildirib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət-din münasibətlərinin inkişaf etdirilməsi istiqamətində aparılan işlər, ölkəmizin inkişafında və milli-mənəvi dəyərlərin zənginləşdirilməsində həyata keçirilən tədbirlər bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Ceyhun Məmmədov vurğulayıb ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən, multikulturalizm və tolerantlıq ənənələrinin qorunub saxlanılması, daha da inkişaf etdirilməsi və geniş təbliğ olunması məqsədilə 2016-cı ilin ölkəmizdə “Multikulturalizm İli” elan edilməsi Azərbaycanın bu dəyərlərin inkişafına və möhkəmləndirilməsinə verdiyi önəmin göstəricisidir.
Rektor Aİİ-nin fəaliyyəti, məqsəd və vəzifələrindən bəhs edib. O, ilk dəfə olaraq islamşünaslıq və dinşünaslıq ixtisasları üzrə tələbə qəbulu həyata keçirən Aİİ-də gələcəkdə yəhudilik və xristianlıqla bağlı ixtisasların açılacağını deyib.
Qonaqlara məlumat verilib ki, qəbul olunan tələbələr müasir sosial elmlərin metodları əsasında İslamla yanaşı, digər dünya dinlərinin inanc, ibadət, əxlaq sistemi, həmçinin dini elmlərlə yanaşı, fəlsəfə, sosiologiya, psixologiya, multikulturalizm və digər sosial, humanitar elmləri də öyrənmək imkanına malikdirlər.
Aİİ rektoru institutun fəaliyyətində müxtəlif dünya ölkələrinin aparıcı ali təhsil müəssisələrinin təcrübələrindən faydalandıqlarını nəzərə çatdırıb. O, Aİİ-nin fəaliyyətində beynəlxalq əlaqələrə, xarici ölkələrin təhsil müəssisələri ilə əməkdaşlığın yaradılmasına xüsusi önəm verdiyini bildirib. Qeyd edib ki, Azərbaycan İlahiyyat İnstitutu ötən bir il ərzində müxtəlif ölkələrin universitetləri ilə əlaqələr yaradıb, əməkdaşlıq protokolları imzalayıb.
Qonaqların suallarını cavablandıran rektor dini tolerantlığın hökm sürdüyü Azərbaycan ərazisində üç səmavi dinin – İslamın, Yəhudiliyin və Xristianlığın mövcud olduğunu, bu dinlərə mənsub insanların sülh və qarşılıqlı anlaşma şəraitində yaşadıqlarını nəzərə çatdırıb. Eyni zamanda, fərqli inanclı insanların qarşılıqlı hörmət şəraitində yaşamalarının müvafiq qanunvericiliyin və məqsədyönlü dövlət siyasətinin nəticəsi olduğunu vurğulayıb.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Amerika filialının rəhbəri Janna Skot qeyd edib ki, Azərbaycan cəmiyyətinə xas olan fərqli mədəniyyət, din, dillərə ehtiram kimi humanist münasibətin dövlət tərəfindən inkişaf etdirilməsi istiqamətində həyata keçirilən çoxşaxəli fəaliyyəti müsbət dəyərləndirir.
Aİİ-nin Mətbuat Xidməti