Azərbaycan Texniki Universitetində (AzTU) 18-ci “Çin dili körpüsü” beynəlxalq müsabiqəsinin seçim və Azərbaycan üzrə 5-ci final mərhələsi keçirilib.
Müsabiqədən əvvəl Çinin ölkəmizdəki səfirliyinin nümayəndələri Vanq Çunqanq və Gjan Han Azərbaycan Texniki Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, professor Sübhan Namazovla görüşüblər.
Görüşdə Azərbaycan-Çin dostluq münasibətlərindən danışılıb. Prorektor qonaqlara təmsil etdiyi universitet haqqında ətraflı məlumat verib. AzTU ilə Çinin ali təhsil müəssisələri arasında əməkdaşlığın genişləndirildiyini bildirən prorektor universitetdə Çin dili kurslarının təşkil edildiyini vurğulayıb.
Daha sonra “Çin dili körpüsü” beynəlxalq müsabiqəsinin final mərhələsi başlanıb. Müsabiqəni professor Sübhan Namazov açaraq yarışmanın əhəmiyyətindən danışıb. İştirakçılara uğurlar arzulayan prorektor qeyd edib ki, müsabiqənin əsas məqsədi Azərbaycan gəncləri arasında Çin dilinə marağın artırılmasıdır.
Çinin Azərbaycandakı səfirliyinin səlahiyyətli nümayəndəsi Vanq Çunqanq iki ölkə arasında çoxşaxəli əlaqələrdən danışaraq, müsabiqənin əhəmiyyətini qeyd edib: “Çin və Azərbaycan xalqları arasında daha sıx əlaqələrin qurulmasında yeni İpək Yolu böyük rol oynayır. “Çin dili körpüsü” müsabiqəsinin də Azərbaycan ilə Çin arasında möhkəm körpüyə çevrilməsini arzulayıram”.
Sonra müsabiqənin final mərhələsi keçirilib, qaliblər münsiflər tərəfindən müəyyənləşdirilib. I, II, III, IV yerin sahiblərinə sertifikatlar və hədiyyələr təqdim olunub.

AzTU-nun Mətbuat Xidməti