Fransanın Monpelye Universitetində “Nizami” layihəsi çərçivəsində “Azərbaycanda doktorantura təhsilinin vahid Avropa ali təhsil məkanının standartlarına uyğunlaşdırılması və strukturlaşdırılması” mövzusunda görüş keçirilib.
Görüşdə Azərbaycandan olan nümayəndə heyətinin tərkibində Azərbaycan Texniki Universitetinin (AzTU) beynəlxalq əlaqələr üzrə prorektoru, professor Sübhan Namazov, beynəlxalq əlaqələr departamentinin direktoru, dosent Mərziyyə Ağayeva və departamentin əməkdaşı Nərgiz Qasımlı iştirak ediblər.
Səfər çərçivəsində bir sıra görüşlər keçirilib, doktorantura təhsilinin beynəlmiləlləşdirilməsi istiqamətində müzakirələr aparılıb və çıxışlar edilib.
Professor Sübhan Namazov Azərbaycanda doktorantura təhsilinin təşkili və AzTU-da bu istiqamətdə görülən işlər barədə məlumat verib. Dosent Mərziyyə Ağayeva isə “Doktorantura təhsilində peşəkar kompetensiyaların inkişafı və reallaşdırılması” mövzusunda AzTU və Azərbaycan Dövlət İqtisad Universiteti əməkdaşlarının (UNEC) birgə hazırladığı məruzə ilə çıxış edib.
Görüşün sonuncu günü prorektor Sübhan Namazov AzTU və UNEC nümayəndələri ilə birgə hazırlanmış məruzəni görüş iştirakçılarının nəzərinə çatdırıb.
Görüşlərdə Azərbaycandan AzTU ilə yanaşı, Təhsil Nazirliyinin, AMEA-nın, Azərbaycan Memarlıq və İnşaat Universitetinin, Bakı Mühəndislik Universitetinin, Azərbaycan Dövlət İqtisad Universitetinin, Azərbaycan Dillər Universitetinin, Xəzər Universitetinin və Naxçıvan Dövlət Universitetinin, AMEA-nın, həmçinin Avropadan Barselona Universitetinin və Upsala Universitetinin nümayəndələri iştirak ediblər.

AzTU-nun Mətbuat Xidməti