Texniki Universitetdə “Gənc fiziklərin yaradıcılıq müsabiqəsi”nin final mərhələsi keçirilib

Texniki Universitetdə “Gənc fiziklərin yaradıcılıq müsabiqəsi”nin final mərhələsi keçirilib Azərbaycan Texniki Universitetində (AzTU) “Gənc fiziklərin yaradıcılıq müsabiqəsi”nin final mərhələsi keçirilib. Finalda 7 məktəbin komandası iştirak edib. I, II, III yerlərə layiq görülən qaliblərə Universitetin xüsusi diplomları təqdim edilib.
AzTU-nun Tədris işləri üzrə prorektoru Xalıq Yahudov gənc fizikləri uğurlarına görə təbrik edib və bildirib ki, ölkəmizin gələcək inkişafı texnoloji biliklərə sahib olan gənclərimizdən aslıdır.
Bakı Şəhər məktəbliləri arasında keçirilən müsabiqədə komandaların hazırlanmasında yüksək fəallıq göstərdiyinə görə qalib məktəblilərin fizika müəllimləri də mükafatlandırılıb. Həmin müəllimlərə Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Şəhər üzrə Təhsil İdarəsinin diplomları təqdim edilib.
Qeyd edək ki, məktəblilərin fizika fənninə olan marağının daha da artırılması, onların bu sahədə bilik səviyyəsinin yüksəldilməsi və istedadlı şagirdlərin aşkara çıxarılması üçün VIII-X sinif şagirdləri arasında keçirilən müsabiqə çərçivəsində “Gənc fiziklər” AzTU ilə yaxından tanış olma imkanı əldə ediblər.

AzTU-nun Mətbuat Şöbəsi


Texniki Universitetdə “Gənc fiziklərin yaradıcılıq müsabiqəsi”nin final mərhələsi keçirilibTexniki Universitetdə “Gənc fiziklərin yaradıcılıq müsabiqəsi”nin final mərhələsi keçirilibTexniki Universitetdə “Gənc fiziklərin yaradıcılıq müsabiqəsi”nin final mərhələsi keçirilibTexniki Universitetdə “Gənc fiziklərin yaradıcılıq müsabiqəsi”nin final mərhələsi keçirilibTexniki Universitetdə “Gənc fiziklərin yaradıcılıq müsabiqəsi”nin final mərhələsi keçirilib

Oxşar xəbərlər