Çin Xalq Respublikasının Şanxay Universitetinin nümayəndələri Azərbaycan Texniki Universitetində (AzTU) olublar.
Görüşdə beynəlxalq əlaqələr üzrə prorektor, professor Sübhan Namazov təmsil etdiyi ali məktəb haqqında qonaqlara ətraflı məlumat verib və əməkdaşlıq üçün potensial imkanlardan danışıb. Prorektor bildirib ki, Azərbaycanın 5 qabaqcıl universitetindən biri olan AzTU-nun 200-dən artıq xarici universitetlə əməkdaşlıq əlaqəsi mövcuddur.
Çinin böyük sənaye ölkəsi olmasına diqqət çəkən Sübhan Namazov AzTU ilə Şanxay Universiteti arasında əməkdaşlıq üçün böyük potensial olduğunu vurğulayıb. O, eyni zamanda, AzTU-da təhsil alan çinli tələbələrdən, onların tədris mühitlərinin və sosial şəraitlərinin yaxşılaşdırılması üçün görülən işlərdən danışıb.
Şanxay Universitetinin məsul işçisi Li Wei təmsil etdiyi universitet haqqında geniş məlumat verib. O bildirib ki, AzTU-nun fakültələri ilə Şanxay Universitetinin bəzi fakültələrinin ixtisaslarının eyni olması əməkdaşlıq üçün əlavə imkanlar yaradır. Qonaq buna misal olaraq hər iki universitetdə metallurgiya və kompüter elmlərinin daha geniş tədris edilməsinə diqqət çəkib.
Müzakirələr zamanı profil sahələr üzrə birgə elmi-tədqiqat işlərinin, tələbə-müəllim mübadiləsinin aparılması, konfransların keçirilməsi planlaşdırılıb.
Görüşdə əməkdaşlıq çərçivəsində görüləcək işlər müzakirə olunub və yaxın zamanda bağlanacaq əməkdaşlıq müqaviləsi üçün ilkin razılıq əldə edilib.

Hüseyn Şərifov