Azərbaycan Texniki Universitetində Çin dili tədris olunacaq

Azərbaycan Texniki Universitetində Çin dili tədris olunacaq Bakı Dövlət Universitetinin (BDU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun nümayəndələri Azərbaycan Texniki Universitetində (AzTU) tələbələrlə görüş keçiriblər.
Bu ali təhsil ocağının beynəlxalq əlaqələr üzrə prorektoru, professor Sübhan Namazov ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində müstəqilliyimizin ilk illərində qurulan və inkişaf etdirilən Azərbaycan-Çin əlaqələrindən danışıb. Çinin siyasi-iqtisadi gücünə diqqət çəkən prorektor bildirib ki, qloballaşan dünyada hər beş nəfərdən biri Çin dilində danışır. Yüksək səviyyəli təhsil sisteminə malik olan Çin dövlətinin xarici tələbələr üçün yaratdığı imkanlardan yararlanmaq məqsədilə AzTU-da Çin dili kurslarının formalaşdırıldığını bildirən prorektor deyib ki, artıq tələbələrin kurslara qeydiyyatı aparılır.
Konfutsi İnstitutunun direktoru Luo Yuan Canq da öz növbəsində ölkəmizlə Çin arasındakı dostluq münasibətinin yüksək səviyyədə olduğunu bildirib. Konfutsi İnstitutu haqqında geniş məlumat verən Luo Yuan Canq qeyd edib ki, institutun əsas məqsədi Azərbaycanda Çin dili və mədəniyyətini təbliğ etməkdir.
Daha sonra Konfutsi İnstitutunun nümayəndəsi Cınq Çun Siao HSK (Çin dilində yazı imtahanı) və HSKK (Çin dilində danışıq imtahanı), həmçinin Çin universitetlərinə qəbul qaydaları, təqaüd qazanma yolları, eləcə də Çinin mədəniyyətini təbliğ edən beynəlxalq müsabiqələrdə iştirak haqqında məlumat verib. Cınq Çun Siao çıxışında indiyə kimi HSK və HSKK imtahanları verən azərbaycanlı tələbələr haqqında da danışıb. O qeyd edib ki, bu günə kimi keçirilən 12 imtahanda 690 tələbə iştirak edib. Onlardan 468 nəfəri imtahandan müvəffəq qiymət alıb.

AzTU-nun Mətbuat Xidməti


Azərbaycan Texniki Universitetində Çin dili tədris olunacaqAzərbaycan Texniki Universitetində Çin dili tədris olunacaq

Oxşar xəbərlər