Azərbaycan Universitetinin Sosial işin təşkili kafedrasının müəllimləri Tünzalə Verdiyeva və Gülnar Abbasova icmalarla aparılan Sosial işin əsaslarını daha əyani şəkildə tələbələrə çatdırmaq üçün müxtəlif icmalarla görüşlər təşkil edirlər. Bu məqsədlə sosial iş ixtisası üzrə təhsil alan III kurs tələbələri paytaxtdakı dağ yəhudiləri sinaqoqunu ziyarət edib.
Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev tələbələrə icmanın və sinaqoqun fəaliyyəti haqqında məlumat verib. İcma lideri qeyd edib ki, hazırda Azərbaycanda dağ yəhudilərinə məxsus 6 sinaqoq fəaliyyət göstərir. Yəhudilərin Azərbaycanda məskunlaşmasının isə 2000 ildən artıq tarixi var.
Milix Yevdayev qeyd edib ki, Azərbaycan möhkəm tolerantlıq ənənələri olan ölkədir. Burada müxtəlif dinlərin, etnos və millətlərin, mədəniyyətlərin nümayəndələri əsrlərdir sülh, qarşılıqlı hörmət, dostluq şəraitində yaşayıb və bu ənənə günümüzdə də davam edir. Bütün dinlərin nümayəndələrinə eyni münasibət göstərilir, digər bütün icmaların nümayəndələri kimi yəhudi icmasının üzvləri də dini ayinlərini və adət-ənənələrini azad şəkildə həyata keçirirlər.
İcma lideri bildirib ki, Azərbaycanda məskunlaşan yəhudilər elm, təhsil, siyasət, səhiyyə, mədəniyyət kimi cəmiyyət həyatının bütün sahələrində təmsil olunub, Azərbaycanın müstəqiliyi, suverenliyi və ərazi bütövlüyünü qorumaq uğrunda mübarizədə kənarda qalmayıblar. Cəbhəyə könüllü yazılan cəsur tankçı Albert Aqarunov 1992-ci ilin mayında Şuşa şəhəri uğrunda gedən döyüşlərin birində qəhrəmancasına həlak olub. Bakıda Şəhidlər Xiyabanında dəfn olunan qəhrəman tankçıya ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib. Azərbaycan xalqı onun xatirəsini daim uca tutur.
İcma lideri tələbələrin yəhudilərin inanc və ibadətləri ilə bağlı suallarını da cavablandırıb. O, Azərbaycan Universitetinin müəllim və tələbələrinin təşəbbüsünü müsbət qiymətləndirib və bu cür görüşlərin mütəmadi təşkil olmasını təklif edib.

İctimaiyyətlə əlaqələr şöbəsi