Azərbaycan Universitetində Sosial iş ixtisası üzrə təhsil alan birinci kurs tələbələri üçün “Azərbaycanda Sosial işin vəziyyəti” mövzusunda mühazirə təşkil olunub. Azərbaycan Sosial iş İctimai Birliyinin icraçı direktoru Lamiyə Rzayevanın apardığı mühazirə ölkədə Sosial iş sahəsində baş verən irəliləyişləri və ixtisasın perspektivləri haqqında məlumatları əhatə edib.
Mühazirədə Sosial işin ölkələrin inkişafında əhəmiyyəti, izahı, ixtisas kimi formalaşması və tədrisi, iş yerləri, Azərbaycanda Sosial işin vəziyyəti, Sosial işin təşkilatlanması və Azərbaycan Sosial iş İctimai Birliyinin təsis olunması, fəaliyyəti və göstərdiyi xidmətlər, Sosial Xidmət Haqqında Qanun və bu kimi məsələlərə toxunulub.

İctimaiyyətlə əlaqələr şöbəsi