BDU-nun “Gənc istedadlar” liseyində “Heydər Əliyev irsi elmimizin qarantıdır” mövzusunda II Respublika şagird konfransı keçirilib

BDU-nun “Gənc istedadlar” liseyində “Heydər Əliyev irsi elmimizin qarantıdır” mövzusunda II Respublika şagird konfransı keçirilib Bakı Dövlət Universitetində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş “Heydər Əliyev irsi elmimizin qarantıdır” mövzusunda II Respublika şagird konfransı öz işinə başlayıb. BDU-nun elm və innovasiyalar üzrə prorektoru, AMEA-nın müxbir üzvü, professor Aydın Kazımzadə konfransı açaraq onun əhəmiyyəti barədə danışıb. Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərindən, elm və təhsilin inkişafı istiqamətində gördüyü işlərdən danışan A.Kazımzadə bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.
İclasda Bakı Baş Təhsil İdarəsinin müdir müavini, professor Hüseyn Əsgərov “Xalq üçün yaşanan ömür”, Təhsil İnstitutunun direktor müavini, dosent Ənvər Abbasov “Heydər Əliyev və Azərbaycan təhsili”, BDU-nun professoru Nuru Məmmədov “Heydər Əliyev və Azərbaycan tarixi”, “Gənc istedadlar” liseyinin 9-cu sinif şagirdi Güllü Qəhrəmanlı “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” mövzusunda məruzə ilə çıxış ediblər.
Konfransda Bakı şəhəri 6 saylı məktəb-liseyin direktoru Gülşən Orucova, Sumqayıt şəhəri, Humanitar və təbiət, riyaziyyat təmayüllü “İstedad” liseyinin direktoru Adilə Süleymanova, liseyi qızıl medalla bitirmiş, Azərbaycan Mühəndislik Universitetinin tələbəsi Lalə Muradlı və valideyn Fəxri Xəlilov çıxış edərək konfransın işinə uğur arzulayıblar.
Konfrans öz işini “Gənc istedadlar” liseyində “Ana dili və ədəbiyyat”, “Tarix və coğrafiya”, “Fizika, riyaziyyat, informatika”, “Kimya, biologiya və ekologiya”, “Xarici dillər” bölmələrində davam etdirib. Konfransda “Gənc istedadlar” liseyinin şagirdləri ilə yanaşı, Bakı, Sumqayıt, Gəncə, Tovuz, Şəki və Qax şəhərlərinin müxtəlif lisey və məktəblərinin şagirdləri də çıxış edib və ümumilikdə 177 məruzə dinlənilib.
Qeyd edək ki, hazırda «Gənc istedadlar» liseyində Azərbaycan və rus bölmələrinin 30 sinfində 631 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə məşğul olan 82 müəllimdən 3 nəfəri elmlər doktoru, 23 nəfəri fəlsəfə doktoru, 3 nəfəri isə Respublikanın «Əməkdar müəllim»dir.

BDU-nun Mətbuat Xidməti


BDU-nun “Gənc istedadlar” liseyində “Heydər Əliyev irsi elmimizin qarantıdır” mövzusunda II Respublika şagird konfransı keçirilib

BDU-nun “Gənc istedadlar” liseyində “Heydər Əliyev irsi elmimizin qarantıdır” mövzusunda II Respublika şagird konfransı keçirilib

BDU-nun “Gənc istedadlar” liseyində “Heydər Əliyev irsi elmimizin qarantıdır” mövzusunda II Respublika şagird konfransı keçirilib

Oxşar xəbərlər