Ümummilli Lider ölkəmizdə kitabxana işinə daim xüsusi diqqət göstərib

Ümummilli Lider ölkəmizdə kitabxana işinə daim xüsusi diqqət göstərib Bakı Dövlət Universitetində (BDU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr edilmiş “Kitabxana-informasiya fəaliyyətində innovasiyalar və fənlərarası inteqrasiya” mövzusunda elmi konfrans keçirilib.
Tədbirdə elm və innovasiyalar üzrə prorektor, professor Aydın Kazımzadə müasir müstəqil dövlətimizin banisi və qurucusu, ulu öndər Heydər Əliyevin misilsiz tarixi xidmətlərindən danışıb.
Professor ümummilli lider Heydər Əliyevin elm, təhsil və digər sahələrlə yanaşı, kitabxana işinə də daim xüsusi diqqət göstərdiyini vurğulayıb.
BDU-nun kitabxanaşünaslıq kafedrasının müdiri, dosent Elçin Əhmədov “Heydər Əliyev və Azərbaycanda kitabxana işi” mövzusunda məruzə ilə çıxış edib.
Sonra bölmə iclasları olub. Elmi konfransda ümumilikdə 55 məruzə dinlənilib.

Hüseyn Şərifov


Ümummilli Lider ölkəmizdə kitabxana işinə daim xüsusi diqqət göstərib

Oxşar xəbərlər