“Gənc istedadlar” liseyi 10 illik fəaliyyəti dövründə böyük uğurlar qazanıb

“Gənc istedadlar” liseyi 10 illik fəaliyyəti dövründə böyük uğurlar qazanıb “Gənc istedadlar” liseyi fəaliyyət göstərdiyi 10 il müddətində xeyli uğurlar əldə edib. Bu təhsil müəssisəsinin fəaliyyəti dövründəki doqquz buraxılışında məzunların hamısı ali məktəblərə qəbul olunub. Liseyi bitirən 330 məzundan 85-i qəbul imtahanlarında 600-dən artıq bal toplayıb. Məzunlardan 72-si BDU-da, 40-ı xarici ölkələrin ali məktəblərində təhsil alır.
Bu fikirlər Bakı Dövlət Universitetinin (BDU) nəzdində fəaliyyət göstərən “Gənc istedadlar” liseyinin yaranmasının 10 illiyinə həsr olunmuş tədbirdə səslənib.
Dekabrın 27-də keçirilən yubiley tədbirində BDU-nun rektoru, akademik Abel Məhərrəmov liseyin fəaliyyətindən, qazandığı uğurlardan danışıb.
A.Məhərrəmov ümummilli lider Heydər Əliyevin təhsilə daim böyük önəm verdiyini vurğulayıb, Ulu Öndərin ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildirib.
Müasir dünyada elmin, təhsilin mühüm rolunu qeyd edən rektor ölkəmizdə bu sahələrə xüsusi diqqət göstərildiyini söyləyib.
Akademik A.Məhərrəmov BDU-nun nəzdində fəaliyyət göstərən “Gənc istedadlar” liseyində təhsilin inkişafı istiqamətində həyata keçirilən uğurlu layihələrdən söz açıb.
Digər çıxış edənlər də liseyin fəaliyyətini yüksək dəyərləndirib, kollektivə uğurlar arzulayıblar.

Huseyn Şərifov


“Gənc istedadlar” liseyi 10 illik fəaliyyəti dövründə böyük uğurlar qazanıb“Gənc istedadlar” liseyi 10 illik fəaliyyəti dövründə böyük uğurlar qazanıb“Gənc istedadlar” liseyi 10 illik fəaliyyəti dövründə böyük uğurlar qazanıb“Gənc istedadlar” liseyi 10 illik fəaliyyəti dövründə böyük uğurlar qazanıb“Gənc istedadlar” liseyi 10 illik fəaliyyəti dövründə böyük uğurlar qazanıb“Gənc istedadlar” liseyi 10 illik fəaliyyəti dövründə böyük uğurlar qazanıb“Gənc istedadlar” liseyi 10 illik fəaliyyəti dövründə böyük uğurlar qazanıb“Gənc istedadlar” liseyi 10 illik fəaliyyəti dövründə böyük uğurlar qazanıb

Oxşar xəbərlər