Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “Azneft” Şən və Hazırcavablar Klubu (“Azneft” ŞHK) komandası Rusiya Federasiyasının “Cənub-Qərb” (“Yuqo-Zapadnaya”) liqasında uğurla iştirak edir.
5 ölkədən 24 komandanın qatıldığı yarışda “Azneft” ŞHK komandası yarımfinal mərhələsinə vəsiqə qazanıb. Hazırda Rusiyanın Kursk şəhərində olan komandamız oktyabrın 26-da keçiriləcək yarımfinal mərhələsinə hazırlaşır.
Xatırladaq ki, “Azneft” ŞHK komandası 2016 və 2017-ci illərdə Azərbaycan Regional ŞHK liqasının çempionu adını qazanıb və 5 oyun ərzində 7 kuboka sahib olub.
Komandamız Rusiya Federasiyasının Soçi şəhərində keçirilən “KİVİN-2018” XXIX Beynəlxalq ŞHK festivalında da müxtəlif ölkələrdən olan 654 komanda arasında uğurla çıxış edib.

ADNSU-nun Mətbuat Xidməti