Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “Azneft” Şən və Hazırcavablar Klubu (ŞHK) komandası Moskva və Moskvaətrafı regionun Mərkəzi Liqasının festivalında iştirak edib.
Üçgünlük festivalda hər gün iki oyun keçirilib. Oyunlarda 10-18 komanda iştirak edib. Festivalın sonunda ADNSU-nun “Azneft” ŞHK komandası 125 komanda arasından Beynəlxalq Tələbələr Liqasına vəsiqə qazanıb.
Xatırladaq ki, ADNSU-nun “Azneft” ŞHK komandası Azərbaycan regional ŞHK liqasının 2016 və 2017-ci illərin ikiqat çempionu tituluna layiq görülən və 5 oyun ərzində 7 kubok qazanan yeganə komanda kimi adını ŞHK tarixinə qızıl hərflərlə yazıb. Komandamız Rusiyanın Soçi şəhərində keçirilmiş “KiViN-2018” XXIX Beynəlxalq ŞHK festivalında da müxtəlif ölkələrdən olan 654 komanda arasında uğurla çıxış edib.

ADNSU-nun Mətbuat Xidməti