ADNSU-nun tələbəsi “İT-Universe-2017” beynəlxalq yarışının qalibi olub

ADNSU-nun tələbəsi “İT-Universe-2017” beynəlxalq yarışının qalibi olub Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlının Ukraynada keçirilən “İT – Universe-2017” beynəlxalq yarışının qalibi olan ADNSU-nun informasiya texnologiyaları və idarəetmə fakültəsinin IV kurs tələbəsi Soltanağa Hüseynov ilə görüşü olub.
Görüşdə İT-in müxtəlif sahələrində ən son proqramlaşdırma üsullarından bəhs edilib.
Müasir dünyada elmin, təhsilin mühüm rolunu qeyd edən M.Babanlı, eyni zamanda, “1 C – proqramlaşdırma” yarışında finala çıxmış 10 ölkə iştirakçısı arasından məhz ADNSU-nun tələbəsinin qalib olmasının böyük qürur hissləri doğurduğunu vurğulayıb.
Qeyd edək ki, Ukraynada keçirilən “İT-Universe-2017” yarışında birinci yeri Azərbaycan, ikinci yeri Belarus, üçüncü yeri isə Ukraynadan olan iştirakçı tutub.

ADNSU-nun Mətbuat Xidməti


ADNSU-nun tələbəsi “İT-Universe-2017” beynəlxalq yarışının qalibi olub

Oxşar xəbərlər