ABŞ səfirliyi Azərbaycan xalqını Respublika Günü münasibətilə təbrik edib

ABŞ səfirliyi Azərbaycan xalqını Respublika Günü münasibətilə təbrik edib ABŞ-ın Azərbaycandakı səfirliyi Azərbaycan xalqını 28 May - Respublika günü münasibətilə təbrik edib.
Təbrik səfirliyin rəsmi “Facebook” səhifəsində yerləşdirilib.
Təbrikdə deyilir: “1991-ci ildə öz müstəqilliyini bərpa etdikdən bəri Azərbaycan ABŞ-ın dəyərli tərəfdaşıdır. Biz üzünmüddətli əməkdaşlığın davam etdirilməsini və təhlükəsizlik, enerji, demokratik idarəetmə sahələrində işin dərinləşdirilməsini və ölkələrimiz arasında əlaqələrin daha da gücləndirilməsini səbirsizliklə gözləyirik”.

Tehsil-press.az




Oxşar xəbərlər