Nizami rayonunda 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan tədbir keçirilib

Nizami rayonunda 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan tədbir keçirilib “Qayğı-Sağlam Nəsil Naminə” İctimai Birliyi və Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatı Gənclər Birliyinin təşkilatçılığı ilə Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Mən yoqa edirəm” tədbiri keçirilib.
Tədbirdə çıxış edən təşkilatın Gənclər Birliyinin sədri Sevinc Abdullayeva ictimai birliyin Daun sindromlu və serebral iflicli uşaqların bacarıq və iradələrinin nümayiş olunması üçün keçirdiyi tədbirlərdən, görülən işlərin onlarda müsbət əhvali-ruhiyyə yaratmaq və cəmiyyətə inteqrasiya baxımından əhəmiyyətindən danışıb.
YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva çıxış edərək daim diqqət və qayğıya ehtiyacı olan uşaqların hüquqlarının qorunmasının, onların layiqli vətəndaş kimi formalaşdırılmasının başlıca sosial vəzifə olduğunu söyləyərək bu sahədə ölkəmizdə həyata keçirilən tədbirlərdən bəhs edib.
Sonra Daun sindromlu uşaqların yoqa təqdimatı olub.
Tədbirin sonunda yoqa təqdimatı iştirakçıları medallarla təltif ediliblər.

Tehsil-press.az

Oxşar xəbərlər