Suraxanıda uşaqların internet təhlükəsizliyi müzakirə olunub

Suraxanıda uşaqların internet təhlükəsizliyi müzakirə olunub Bu gün Suraxanı rayonu Heydər Əliyev mərkəzində 18 noyabr “Uşaqların cinsi istismardan və zorakılıqdan müdafiəsi günü” ilə əlaqədar “Status online: təhlükələr və onların qarşısının alınması” mövzusunda tədbir keçirilib.

Tehsil-press.az-ın məlumatına görə, Milli Məclisin deputatı Sevinc Fətəliyevanın təşəbbüsü, Suraxanı rayon İcra hakimiyyəti və YAP Suraxanı rayon təşkilatının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Suraxanı rayon İcra hakimiyyəti başcısının müavini Afət Həsənova tədbirin əhəmiyyətindən bəhs edib.
Milli Məclisin deputatı, AŞPA-nın uşaqlar üzrə baş məruzəçi Sevinc Fətəliyevanın rəhbərliyi ilə davam edən tədbirdə Nəsimi, Nizami , Binəqədi və Suraxanı rayon məktəblərinin nümayəndələri, məktəb psixoloqları, valideyinlər, digər əlaqədar təşkilatların təmsilçiləri iştirak ediblər.
Çıxışlarda qeyd olunub ki, uşaqların internet təhlükəsizliyi mövzusunda həm valideynlər, həm də uşaqlar düzgün istiqamətləndirilməlidir. Bu sahədə isə ən böyük məsuliyyət valideynlərin, eyni zamanda internet xidməti provayderləri, təhsil qurumları və dövlətin üzərinə düşür.
Vurğulanıb ki, internetdən təhlükəsiz istifadə hər bir fərdin həyatında əhəmiyyətli rol oynasa da, uşaqlar üçün bu təhlükəsizliyin daha vacib olması qaçılmaz reallıqdır. Uşaqların yaşlarına uyğun məlumatları rahat şəkildə əldə edə bilməsi, lakin, zərərli meyllərdən uzaq qalması üçün provayderlər tərəfindən təklif olunan "informasiyanın filtrlənməsi" xidmətindən istifadə olunmalıdır.

Tehsil-press.az

Oxşar xəbərlər