Ramil Usubov saxta vəsiqə satan polkovniki qovdu

Ramil Usubov saxta vəsiqə satan polkovniki qovdu Azərbaycanda polis rəisi xidməti fəaliyyətində yol verdiyi ciddi nöqsanlara görə vəzifəsindən uzaqlaşdırılıb.
Daxili İşlər naziri Ramil Usubovun əmri ilə Tovuz rayon Polis Şöbəsinin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Qrupunun baş inspektoru, polis polkovnik-leytenantı Kamil Quliyev daxili işlər orqanlarında xidmətdən xaric olunub.
Nazirliyin aidiyyatı xidməti tərəfindən aparılan yoxlama nəticəsində K. Quliyevin mövcud qanunvericiliyin tələblərini kobud şəkildə pozduğu müəyyənləşib.
Məlumata görə, K.Quliyev 10-dan çox xarici vətəndaşa saxta yolla Azərbaycan dövlətinə məxsus şəxsiyyət vəsiqəsi satıb.

Murad Əhməd



Oxşar xəbərlər