Müsahibimiz Azərbaycan Dövlət Depaqoji Universitetində ABŞ Dövlət Departamentinin maliyyələşdirdiyi “İngilis dili mütəxəssisi” proqramı çərşivəsində fəaliyyət göstərən Diane Whaley-dir.
- Diana xanım, sizi yenidən aramızda görmək xoşdur. Öncə özünüzü təqdim edərdiniz, bir mütəxəssis və müəllim kimi təcrübəniz haqqında məlumat verərdiniz.
- Təşəkkür edirəm. ABŞ Dövlət Departamentinin maliyyələşdirdiyi “İngilis dili mütəxəssisi” proqramı çərşivəsində 9 ilə yaxındır ki, ingilis dili mütəxəssisi kimi müxtəlif ölkələrdə fəaliyyət göstərirəm. Proqramın xətti ilə 2 il Uruqvayda Təhsil Nazirliyi ilə işləmiş, Montevideo Universitetində dərs demişəm. Bundan əlavə, Misirdə Təhsil Nazirliyi və Britaniya Şurası ilə, həmçinin Braziliyada çalışmışam. Keçən il isə “İngilis dili müəllimliyi” ixtisasının tədris planının yenilənməsi məqsədilə Azərbaycan Dövlət Pedaqoji Universitetində fəaliyyət göstərdim. Proqrama qoşulmazdan əvvəl Vaşınqtonda DC-də yerləşən Con Hopkins Universitetinin Beynəlxalq Araşdırmalar Məktəbində 20 ilə yaxın, ondan öncə isə Şimalı Karolinada yerləşən “Duke” Universiteti, Nyu-Yorkdakı “Syracuse” Universitetində və ABŞ-ın mütəxlif təhsil müəssisələrində dərs demişəm. Eyni zamanda çoxlu səyahət etmiş, 5 il Səudiyyə Ərəbistanında yaşamışam. Düşünürəm ki, “İngilis dili mütəxəssisi” proqramında iştirak etmək üçün kifayət qədər təcrübəm vardır.
-Keçən il universitetimizdə olduğunuz 6 həftə müddətində hansı işləri gördünüz?
- Keçən səfərim 6 həftəlik dövrü əhatə edirdi, çox qısa müddət olduğu üçün sıx qrafiklə çalışdıq. Həmin müddətdə “İngilis dili müəllimliyi” ixtisası üçün yeni tədris planı layihəsini hazırladıq və layihənin pilot olaraq sentyabr ayından universitetdə tətbiqi gözlənilir. İlk 2-3 həftə ərzində universitet haqqında ətraflı məlumat aldım, rəhbərliyi, professor-müəllim heyəti və tələbələri ilə tanış oldum, əsas gözləntilər və hədəflərlə bağlı müzakirələr apardıq, universitetin ehtiyaclarına uyğun ideyalar ərsəyə gəldi. Müşahidələrimdən gördüm ki, müəllimlərin motivasiyalı, əzmli olmalarına baxmayaraq tələbələri öyrədərkən kommunikativ metodu tətbiq etmirlər. Belə ki, tələbələr qrammatik biliyə, tərcümə sahəsində bacarıqlara kifayət qədər malik olsalar da, dəhlizdə məni görərkən salamlaşmaqda, yaxud bir fincan kofeyə dəvət edildiklərini anlamaqda çətinlik çəkirlər. Düşünürəm ki, universitet uğurlu ingilis dili müəllimi yetişdirmək istəyirsə, tələbələrin bu dili yaxşı bildiklərinə əmin olmalıdır. Başqa sözlə, tələbələrin qrammatika və tərcümə sahəsində bilikləri ilə yanaşı dinləmə və danışıq kimi dil bacarıqları da olmalıdır. Bu səbəbdən, yeni kurikulumda bacarıqlara xüsusi diqqət ayırdım, tələbələrin ehtiyaclarına uyğun olaraq, ingilis dilində danışıq, oxu, dinləmə, yazı, qrammatika, kommunikativ metodu tətbiq edə bilmələri üçün metodologiya dərsləri daxil etdik, eyni zamanda seçmə fənlər üzərində işlədik. Tələbələrin daha yaxşı anlaya bilmələri üçün “Leksikologiya”, “Stilistika”, “Amerika və Britaniya ədəbiyyatı” kimi fənləri seçmə fənlər olaraq daha sonrakı dövrlərdə təklif etməyi qərara aldıq.
-Yeni tədris planı layihəsi ilə bağlı nə deyə bilərsiniz? Onun əvvəlkindən fərqli xüsusiyyətləri nədir?
- Əvvəlki tədris planı əsasən nəzəriyyə, metodologiya üzərində qurulub. Əvvəl də qeyd etdiyim kimi, bacarıqlardan çox “Stilistika”, “Pedaqogika”, “Qrammatika”, “Tərcümə” kimi nəzəri fənlərə daha çox ağırlıq verilmişdir. Ümumiyyətlə, xarici dilin tədrisi tarix fənninin tədrisindən fərqlənir. Misal çəkim, müəllim tarix fənnini tədris etdikdə mühazirəni deyir, tələbələr qeydlərini aparır, əlavə kitablar oxuyur, tarix haqqında məlumatlı olurlar və imtahanlardan keçə bilirlər. Xarici dilin öyrənilməsi isə fərqlidir. Tələbələr bilməklə yanaşı,öyrəndiklərini təcrübədən keçirməlidirlər, danışmalıdırlar, müəllimlər sinifdə tələbələrin xarici dili istifadə etmələri, danışmaları üçün maksimum şərait yaratmalıdırlar. Tədris planını elə tərtib etdik ki, yalnız biliyə yönəlik olmasın, eyni zamanda tələbələr dinləmə, danışıq, yazı, oxu, qrammatika, tələffüz, başqa sözlə, dildən istifadə etmə bacarıqlarına yiyələnsinlər. Əsas fərq də budur. Biz nəzərriyədən daha çox dil dərslərinə, kommunikativ yanaşmaya üstünlük veririk.
-Fəaliyyətinizin indiki mərhələsində hansı məsələlərin həllini vacib sayırsınız?
- Hazırda sentyabr ayından yeni tədris planı üzrə dərs deyəcək müəllimlər üçün təlimlər keçirəm. Müəllimlər heyrətamizdirlər, onların əzmi, öyrənmək şövqü məni heyran edir, onlar da tələbələrinin ingilis dilində danışa bilmələrini istəyirlər. Universitetin hər iki - İngilis dilinin tədrisi metodikası və İngilis dili kafedralarının bir qrup müəlliminin iştirak etdiyi təlimlərdə kommunikativ metod və tələbə-əsaslı yanaşma haqqında nəzəri və metodoloji mövzulara toxunur, tələbələrin uğurlu olmaları üçün ehtiyaclarına xüsusi diqqət veririk. Təlimlərdə tələbə üçün asan və onların danışmaları üçün rahat olan, hətta çəkinən tələbələrin öyrənmələri üçün münasib olan fəaliyyət növlərindən istifadə edirik. Xüsusi diqqət veririk ki, tələbə danışmazdan əvvəl müəllim ona lazım olan materialı öyrətmiş olsun. Başqa sözlə, tələbələr üçün uyğun mühit yaradılmalıdır, məsələn tələbə “mən bu yeni sözləri, yaxud qrammatikanı bilirəm, indi isə onu tətbiq etməliyəm” deyə bilsin, qrup ya cütlük şəklində işləməklə ilk gündən “salam, mənim adım Dianadır. Sənin adın nədir?”, yaxud “Mənim iki qardaşım və üç bacım var. Bəs sənin neçə qardaşın var?” kimi ifadələri istifadə edə bilsinlər. Sonrakı mərhələdə isə biz tələbələrin bir-biri ilə danışarkən əmin və rahat olmalarını istəyirik.
-Pedaqoji Universitetdə “İngilis dili müəllimlimliyi” ixtisası üzrə mütəxəssislərin hazırlanmasında hansı irəliləyişlərin olacağını düşünürsünüz?
- Mən bu məsələdə çox ümidli və əminəm. Daha öncə də qeyd elədiyim kimi, təlimlərdə öyrənmək istəyən, öyrəndiklərini təcrübədən keçirən müəllimlər iştirak edir, onlara verdiyim yazılı tapşırıqları çox yüksək səviyyədə həll edirlər, çoxlu sayda sərbəst şəkildə ədəbiyyat və material oxuyurlar. Müəllimlər xarici dilin öyrənilməsi layihəsini yaradıblar ki, onun vasitəsilə öz dil bacarıqlarının təkmilləşdirilməsi üçün təlimlərdən kənar məşğul olacaqlar. Bu, tələbələr üçün bir modeldir, onlar müəllimlərinin öz üzərlərində işlədiklərini gördükcə həvəslənəcək və özləri də öyrənəcəklər. Müəllimlər əzmlə çalışırlar. Onu da qeyd edim ki, təcrübədə adətən müəllimlər çalışdıqları deyil, başqa yerlərdə təlimlər keçirlər. Pedaqoji Universitetin müsbət cəhəti ondan ibarətdir ki, mən təlimlərdə iştirak edən müəllimlərin öyrəndikləri metod və texnikanı öz dərslərində istifadə etdiklərini müşahidə edə, onlara daha çox tövsiyələr verə bilirəm, dəyişikliyə, təkmilləşdirməyə ehtiyac olursa, bunun üzərində dərhal işləyə bilirik. Müəllimlərin dərslərinə gedib onları müşahidə aparmaq olduqca faydalıdır. Belə imkanlar çox az hallarda olur.
-Layihənin indiki mərhələsi bitdikdən sonra, sizcə, universitet tərəfindən həll edilməli məsələlər hansılardır?
- Layihə çərçivəsində tədris planı yeniləndi, düzgün metodologiya və yanaşmalardan istifadə etməklə tələbələri öyrədən müəllimlərimiz olacaq. Düşünürəm ki, növbəti mərhələ tələbənin biliyinin qiymətləndirilməsi ilə bağlı olmalıdır. Müəllimlər tələbələrin sadəcə qrammatik biliyini və ya tərcümə bacarığını deyil, yeni tədris metodologiyasına uyğun olaraq biliyini qiymətləndirməyi bacarmalıdırlar, tədris prosesində kommunikativ metoddan istifadə edildiyi üçün biliyin qiymətləndirilməsi də kommunikativ şəkildə aparılmalıdır. Tələbənin biliyinin qiymətləndirilməsi olduqca mürəkkəb prosesdir, bu məsələ haqqında öyrənilməli məqamlar çoxdur. Bu baxımdan, bir mütəxəssisin müəllimlərlə işləməsinə böyük ehtiyac vardır, bu, gələn ilin sentyabr ayında, yaxud yanvar-fevral ayında təşkil oluna bilər. Müəllimlərə qiymətləndirmə ilə bağlı daha detallı məlumatların verilməsinə ehtiyac var. Müəllimlər yeni qəbul olunan tələbələrin xarici dil bilik səviyyəsinin müəyyənləşdirilməsi üçün sualları necə tərtib etmək, bu sualları hər il yeniləmək, sualları tərtib edərkən hansı məqamlara diqqət vermək, tələbələrin mütəmadi öz üzərlərində çalışmaları üçün həftəlik və ya semestr ərzində müxtəlif üsullarlarla biliklərini yoxlamağı bacarmalı, onların dinləmə, yazı bacarıqlarını kommunikativ şəkildə qiymətləndirməyi bilməlidirlər. Aralıq və final imtahanlarının təşkili, bu mərhələlərdə tələbələrin əldə etdikləri bütün bilik və bacarıqların yoxlanılıb-yoxlanılmaması kimi məsələlər müzakirə edilməlidir. Diqqət edilməli digər məqam tələbələrin xarici dili mənimsəməsinin qiymətləndirilməsi ilə bağlıdır. Birinci tədris ilinin sonunda tələbə lazımi bilik və bacarıqları əldə etməyibsə, biz onun növbəti tədris ilində təhsilini davam etdirməsini istəmirik, bu ikinci, üçüncü və əlbəttə ki, dördüncü tədris ili tələbələrinə də aiddir. Tələbimiz, həmçinin ümidimiz odur ki, dördüncü tədris ilinin sonunda tələbələrin ingilis dili səviyyəsi Avropa Dilləri Çərçivə Proqramında (CEFR) C 1 səviyyəsində olacaqdır, yəni onlar ingilis dilini kifayət qədər yaxşı biləcək və rahat dərs deyə biləcəklər. Təhsil aldığı müddət ərzində tələbələrin nailiyyətlərini ölçmə mexanizmimiz olmalıdır, əgər tələbələrin irəliləyişi olmazsa, onları dəstəkləmək üçün yay dövründə görülə biləcək tədbirlər, əlavə dərslərin təşkili imkanları, yaxud tələbələrin ingilis dilli ölkələrdən birinə səfər etməsi və orda təhsil ala bilməsi kimi məsələlər nəzərdən keçirilməlidir. Vacib və həlli tələb edilən bu məsələlər qiymətləndirmə ilə sıx əlaqəlidir. Bir sözlə, gələcəklə bağlı atılmalı addımlar çoxdur. Lakin mən hazırda çalışdığımız müəllimlərə çox güvənirəm. Universitet rəhbərliyinə, xüsusilə rektor və prorektorlara göstərdikləri dəstəyə görə çox minnətdaram. Onlar universitetdə ingilis dilinin tədrisi ənənəsinin qrammatika və tərcümə yanaşmasından ingilis dilində sərbəst şəkildə danışıb, dinləyib yazmaq bacarıqlarını ehtiva edən kommunikativ metoda dəyişdirilməsi üçün əllərindən gələni edirlər. Düşünürəm ki, bu istiqamətdə əhəmiyyətli şəkildə irəliləyiş əldə edilir.
-Maraqlı və məzmunlu müsahibəyə görə təşəkkür edirik.

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi