ADPU-da xarici ekspertin iştirakı ilə növbəti təlimlərə start verilib

ADPU-da xarici ekspertin iştirakı ilə növbəti təlimlərə start verilib Müəllimlərin peşəkarlıq səviyyələrinin artırılması prosesinə dəstək məqsədilə Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) xarici ekspertin iştirakı ilə növbəti təlimlərə start verilib. Belə ki, ingilis dili mütəxəssisi Diane Whaleyin moderatoru olduğu üç həftəlik təlimlər zərfinin ilk mövzusu sillabusların tərtibatına dair idi. Təlimçi ilk olaraq fənlər üzrə işçi-tədris planının strukturu, o cümlədən fənnin məqsədləri, gözlənilən tədris nəticələri, tövsiyə olunan ədəbiyyat, qiymətləndirmə və sair bu kimi məsələlərə aydınlıq gətirib.
ADPU-dan verilən məlumatda bildirilir ki, növbəti təlimlər inteqrasiya edilmiş dərs prosesində musiqidən istifadə, tədris prosesində tələbəmərkəzli kommunikativ metodun tətbiqinə həsr olunacaq.
ABŞ Dövlət Departamentinin maliyyələşdirdiyi “İngilis dili mütəxəssisi proqramı” çərçivəsində ADPU-da fəaliyyət göstərən ekspert xanımın eyni zamanda konkret fənn üzrə dərslərdə iştirakı, sillabuslar və ingilis dili müəllimliyi ixtisasının tədris planına dair təkliflərinin təqdimatı nəzərdə tutulub.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi


ADPU-da xarici ekspertin iştirakı ilə növbəti təlimlərə start verilib

Oxşar xəbərlər