Ümumtəhsil müəssisələrinin ingilis dili müəllimləri üçün xarici dilin tədrisində “Dinləyib-anlama” məzmun xətti ilə bağlı seminar keçirilib.
Təlimə Dəstək Mərkəzi tərəfindən keçirilən seminarın əsas məqsədi ingilis dili fənninin “Dinləyib-anlama” məzmun xətti üzrə standartlarının reallaşdırılması zamanı müəllimləri düşündürən məsələlərin həlli istiqamətində onlara metodiki dəstək göstərməkdir.
Seminarda “Dinləyib-anlama” məzmun xətti üzrə şagirdlərin sadə sualları cavablandırmaq, müraciətlərə uyğun tapşırıqları ardıcıl icra etmək, dinlədiyi mətndəki fakt və hadisələri qruplaşdırmaq, ümumiləşdirmələr aparmaq kimi bacarıqlarının yoxlanılması ilə bağlı standartlara uyğun nümunələr təqdim olunub.
Şagirdlərin dinləyib-anlama, təhliletmə bacarıqlarını yoxlamaq və inkişaf etdirmək məqsədilə verilən tapşırıqların icrasında ehtiyac yarandıqda müəyyən avadanlıqlardan, audiomateriallardan istifadə etmək barədə seminar iştirakçılarına məsləhətlər də verilib. Həmçinin tədris prosesinin daha da təkmilləşdirilməsi istiqamətində səmərəli fikir mübadiləsi aparılıb, ingilis dili müəllimlərinin rəy və təklifləri dinlənilib.
Xarici dilin daha mükəmməl mənimsənilməsi üçün şagirdlərin dinləyib-anlama bacarığının inkişaf etdirilməsi istiqamətində müvafiq tövsiyələr verilib, müəllimlərin sualları cavablandırılıb.
Tehsil-press.az