Bakı Biznes Mərkəzində Antiinhisar və İstehlak Bazarına Nəzarət üzrə Dövlət Agentliyinin və Azərbaycan Metrologiya İnstitutunun birgə təşkilatçılığı ilə “20 may - Ümumdünya Metrologiya” gününə həsr edilmiş tədbir keçirilib. Tədbirdə ADDA-nı “Tətbiqi mexanika” kafedrasının professoru Yusif Həsənov təmsil edib. Azərbaycan Metrologiya İnstitutunun baş direktoru Saleh Məmmədov ölkəmizdə metrologiya sahəsində aparılan islahatlar və tətbiq edilən yeniliklərdən danışıb. Azərbaycan Dövlət Dəniz Akademiyasının professoru Yusif Həsənov çıxışında “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin böyük metroloji bazaya malik obyektləri barədə ətraflı məlumat verib. Y. Həsənov həmçinin “Metrologiya, standartlaşdırma və sertifikatlaşdirma” ixtisasının əhəmiyyəti və perspektivlərini vurğulayıb.
ADDA-nın Mətbuat Xidməti
ADDA-nın Mətbuat Xidməti