ADNSU: Dünya Metrologiya Gününə həsr olunan elmi-praktik seminar

ADNSU: Dünya Metrologiya Gününə həsr olunan elmi-praktik seminar Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) cihazqayırma mühəndisliyi kafedrasının təşkilatçılığı ilə Dünya Metrologiya Gününə həsr olunan elmi-praktik seminar keçirilib.
“Metrologiyasız sənaye” mövzusunda keçirilən seminarda cihazqayırma mühəndisliyi kafedrasının müdiri, dosent Lalə Bəkirova ölkəmizdə metrologiya sahəsində aparılan islahatlar və tətbiq edilən yeniliklərdən danışıb. Bildirilib ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən mütərəqqi islahatlar nəticəsində metrologiya sahəsində də mühüm dəyişikliklər edilib. Qeyri-neft sektorunun inkişafına yönələn islahatlar müasir təcrübələrə və insan kapitalına əsaslanan innovativ iqtisadiyyatın tərəqqisinə xidmət edir. Sənayenin səmərəliliyinin artırılması üçün yeni texnologiyalar, yeni yanaşmalar və metrologiya sahəsinin inkişafı həlledici əhəmiyyətə malikdir.
Tədbirdə “Neft sənayesində metrologiyanın tətbiqi”, “Qida sənayesində metrologiyanın rolu”, “Tibb və metrologiya” mövzularında məruzələr dinlənilib.

ADNSU-nun Mətbuat Xidməti




Oxşar xəbərlər