Azərbaycanın ərazisinin 20 faizi işğaldan azad olunmayıb, bu da regionda davamlı inkişafa mane olan səbəbdir.
Bunu Azərbaycanın İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova “Ədalətli sülh və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında Ombudsmanların rolu” mövzusunda keçirilən Ombudsmanların XVI Bakı Beynəlxalq Konfransında çıxışı zamanı deyib.
Azərbaycandakı iqtisadi inkişafdan danışan nazir müavini bildirib ki, ölkəmizdə yoxsulluğun səviyyəsinin iki dəfə azaldılmasına nail olunub. Azərbaycan buna nail olan cəmi 18 ölkə sırasına daxil olub. Bu nailiyyətə görə Azərbaycan bir neçə mükafata layiq görülüb:
"Dünyada bərabərsizlik hökm sürür və problemlər hələ də qalmaqdadır. Bu gün dünyada 1,25 dollardan aşağı gündəlik gəlirlə yaşayan insanların sayı 800 milyon ətrafındadır. Hələ də dünyada 200 milyondan artıq insan işsizdir, 100 milyona yaxın gənc oxumaq bacarığına malik deyil. Bu gün dünyada formal olaraq işləyənlərin sayı 40 faizdən çox deyil. Hazırda gənclər arasında işsizlik səviyyəsi üstünlük təşkil edir. Dünyada 600 milyondan çox insanın bilavasitə mərkəzləşdirilmiş şəkildə təmizlənmiş içməli suya əlçatanlığı təmin olunmayıb. Azərbaycan bu problemlərin həlli üçün 191 ölkə ilə BMT-nin yeni gündəliyinə qoşulub".
Tehsil-press.az