Son 25 ildə dünyada 5 yaşadək uşaq ölümü yarıya enib, qlobal səviyyədə ana ölümü 2 dəfə azalıb.
Bunu səhiyyə naziri Oqtay Şirəliyev Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Gebreyesusun iştirakı ilə "BMT-nin dayanıqlı inkişaf məqsədlərində səhiyyə islahatları" mövzusunda keçirilən yüksək səviyyəli iclasda çıxışı zamanı deyib.
Nazir qeyd edib ki, ölkədə 1000 yeni doğulan körpə arasında 5 yaşadək uşaq ölümü göstəricisi 28-dən 12,8-ə düşüb, ana ölümü əhəmiyyətli dərəcədə azalıb, yoluxucu və digər xəstəliklərə qarşı mübarizə gücləndirilib.
O.Şirəliyev bildirib ki, Azərbaycanda ifrat yoxsulluq aradan qaldırılıb, mütləq yoxsulluq səviyyəsi 49 faizdən 5 faizə enib:
"Bu gün əminliklə deyə bilərik ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkədə yoxsulluğun ləğvinə, əsas sosial problemlərin tam həllinə nail olunub. Bəşəriyyətin gələcəyi naminə Azərbaycan hökuməti bundan sonra da tərəfdaşları ilə əməkdaşlıq edəcək. Əminəm ki, qarşımızda duran bütün məqsədlərə nail olacağıq".
Tehsil-press.az