Xəzərdə jet-ski sürmək istədi, boğuldu

Xəzərdə jet-ski sürmək istədi, boğuldu İranın şimalında yerləşən Mazandaran vilayətinin Abbasabad rayonunda Xəzər dənizində jet-ski sürən bir şəxs boğulub.
Bunu İranın Mazandaran vilayəti Abbasabad rayonu Qırmızı Aypara Cəmiyyətinin sədri Əhməd Nəhavəndi deyib.
Ə.Nəhavəndinin sözlərinə görə, Abadis çimərliyində nəzərdə tutulan ərazinin qadağan olunan hissəsində jet-ski aşıb.
Xilasedici jileti olmadığına görə sürücü boğulub, sərnişin isə jiletlə olduğuna görə xilas olub.
Qeyd edək ki, statistikaya əsasən, çimərlik fəsli başlayandan bəri Xəzər dənizinin Abbasabad rayonu sahillərində 3 nəfər boğulub.

Tehsil-press.az

Oxşar xəbərlər