Georgi Marqvelaşvili GUAM xarici işlər nazirlərini qəbul edib

Georgi Marqvelaşvili GUAM xarici işlər nazirlərini qəbul edib Gürcüstan prezidenti Georgi Marqvelaşvili bu gün GUAM xarici işlər nazirlərinin heyəti ilə görüşüb.
Tehsil-press.az-n "Qruziya Onlayn" agentliyinə istinadən verdiyi məlumata əsasən, görüşdə həmçinin ölkənin xarici işlər naziri Mixail Canelidze də iştirak edib.
Görüş zamanı GUAM-ın yubiley tarixi və Gürcüstanın sədr-ölkə kimi təşkilatda rolundan söhbət aparılıb.
Gürcüstan prezidenti qeyd edib ki, strateji tərəfdaşlar arasında əməkdaşlığın daha da inkişaf etməsi üçün əhəmiyyətli addımlar atılmalıdır.
Görüş zamanı söhbət həmçinin regionda təhlükəsizlik və gələcək əməkdaşlıq planlarına toxunub.

Tehsil-press.az

Oxşar xəbərlər