Deputatlar arasında dava - 5 yaralı

Deputatlar arasında dava - 5 yaralı Türkiyə Böyük Millət Məclisində (TBMM) deputatların yaralanması ilə nəticələnən dava baş verib.

Tehsil-press.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, TBMM-in Konstitusiya Komissiyasında toxunulmazlıqlara bağlı Konstitusiyaya dəyişiklik təklifinin müzakirə olunduğu zaman AK parti ilə HDP-li (PKK yönlü Xalqların Demokratik Partiyası) millət vəkilləri arasında dava olub. Bir-birinə yumruqla zərbələr vuran deputatlardan 5-i yaralanıb. Onlardan 3-nün AK Parti-li, 2-nin isə HDP-li deputat olduğu bildirilir. Yaralı deputatlar xəstəxanaya yerləşirilib. Qalmaqal böyüdüyünə görə toplantı növbəti günə təxirə salınıb.

tehsil-press.az

Oxşar xəbərlər