Bakı Dövlət Universitetinin Hüquq fakültəsində “Hüquqşünaslıq” ixtisasının "İnsan hüquqları" ixtisaslaşması üzrə magistr dissertasiyalarının müdafiəsi keçirilib.
Dissertasiya işləri İnsan hüquqları və informasiya hüququ YUNESKO kafedrasında Azərbaycan dilində geniş həcmdə referat təqdim etməklə ingilis dilində yerinə yetirilib.
İxtisaslaşdırılmış magistr dissertasiya müdafiəsi şurasının sədri, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkili (Ombudsman), professor Elmira Süleymanova magistrantların elmi və peşə hazırlığını, elmi diskussiya aparmaq bacarıqlarını müsbət qiymətləndirib, gələcək işlərində müvəffəqiyyətlər arzulayıb.
Müdafiədə iştirak edən 7 magistrantın hər biri “əla” qiymət alıb və onlardan ikisinə professor Elmira Süleymanova tərəfindən Ombudsman Aparatında iş təklif edilib.
Müdafiədə iştirak edən Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev Ombudsman Aparatı ilə birgə kadr hazırlığından danışıb və gənc tədqiqatçılara gələcək işlərində uğurlar arzulayıb.
BDU-nun Mətbuat Xidməti