BDU-nun hüquq fakültəsində magistr dissertasiyalarının müdafiəsi keçirilib

BDU-nun hüquq fakültəsində magistr dissertasiyalarının müdafiəsi keçirilib Bakı Dövlət Universitetinin (BDU) hüquq fakültəsində Əmək və Əhalinin Sosial Müdafiəsi naziri, hüquqşünaslıq ixtisasının “Kommersiya hüququ” ixtisaslaşması üzrə Yekun Dövlət Attestasiya Komissiyasının sədri, hüquq üzrə fəlsəfə doktoru Sahil Babayevin sədrliyi ilə magistr dissertasiyalarının müdafiəsi keçirilib.
Dissertasiya işləri mülki proses və kommersiya hüququ kafedrasında Azərbaycan dilində geniş şəkildə referat təqdim etməklə ingilis dilində yerinə yetirilib. Magistrantların elmi və peşə hazırlığını yüksək qiymətləndirən Yekun Dövlət Attestasiya Komissiyasının sədri S.Babayev müdafiədə iştirak edən magistrantlara rəhbərlik etdiyi nazirlikdə ixtisasları üzrə iş təklif edib.
Qeyd edək ki, “Kommersiya hüququ” ixtisaslaşması üzrə dissertasiya işlərini müdafiə edən altı magistrantın hər biri “əla” qiymət alıb.
Müdafiədə BDU-nun rektoru Elçin Babayev də iştirak edib.

BDU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər