Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsində “Ekoloji kimya”, “Ətraf mühit kimyası” və “Ekoloji kimyəvi monitorinq” ixtisaslaşmaları üzrə magistr dissertasiyalarının müdafiəsi keçirilib.
Ekoloji kimya kafedrasının müdiri, ixtisaslaşdırılmış magistr dissertasiya müdafiəsi şurasının sədri, professor Sevinc Hacıyevanın sədrliyi ilə keçirilən müdafiədə Azərbaycanın müxtəlif ərazilərində yerinə yetirilmiş tədqiqat işləri təqdim olunub.
Müdafiədə Leysan Bayramlı “Bakı şəhəri Bibiheybət ərazisində neftlə çirklənmiş torpaqlarda Uranın təyini və ekoloji qiymətləndirilməsi”, Aygün Abbasova “Astara rayonu ərazisindəki termo və səth sularının tədqiqi və ekoloji qiymətləndirilməsi”, İlahə Dadaşova “Abşeron ərazisindən götürülmüş torpaq nümunələrində pestisidlərin təyini”, Elnur Yolçulu “Sumqayıt ərazisində təbii sularda Cd, Hg, Pb elementlərinin AAS metodu ilə təyini”, Günel Hüseynova “Abşeron ərazisindəki artezian quyu sularının ekoloji qiymətləndirilməsi” və Nərmin Mirzəyeva “Azərbaycana idxal olunan və ixrac olunan subtropik meyvələrdə zərərli üzvi birləşmələrin təyini”, Nabat Bahəddinli “Bəzi nadir torpaq elementlərinin ətraf mühit obyektlərindən ayrılmasının və təyininin yeni üsulunun işlənilməsi”, Rəvanə Qasımzadə “Molibdenin ətraf mühit obyektlərində sorbsiyası və qatılaşdırılaraq təyini”, Nərgiz Əlizadə “Balıq və ət məhsullarında ağır metalların təyini”, Murad Əliyev “Bakı şəhərinin sənaye rayonlarının (Binəqədi, Xətai) atmosfer havasının ekoloji qiymətləndirilməsi” və Məleykə Quliyeva “Azərbaycanın şimal bölgəsinin (Quba-Qusar misalında) təbii sularının ekoloji qiymətləndirilməsi” mövzularında dissertasiya işlərini müdafiə ediblər.
Ümumilikdə 11 magistr dissertasiyalarını uğurla müdafiə edib.
Müdafiəyə buraxılan işlərə münasibət bildirən professor Sevinc Hacıyeva magistrlərin hazırlığını qənaətbəxş hesab etdiyini vurğulayıb.
BDU-nun Mətbuat Xidməti