Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi iradəsi, həyata keçirdiyi mütərəqqi və praqmatik siyasət nəticəsində ölkəmizdə hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşması, insan və vətəndaş hüquq və azadlıqlarının təminatının daha da yaxşılaşdırılması sahəsində böyük nailiyyətlər qazanılmış, siyasi plüralizm, söz və ifadə azadlığı təmin edilmiş, xalq-hakimiyyət, dövlət-vətəndaş münasibətləri möhkəm və etibarlı təməl üzərində qurulmuşdur. Qeyd edək ki, Azərbaycanda bu mütərəqqi siyasətdən bəhrələnən vətəndaş cəmiyyəti institutları-qeyri-hökumət təşkilatları, ictimai birliklər ölkəmizin inkişafına, dövlətimizin gücləndirilməsinə öz töhfələrini verillər. Sevindirici haldır ki, Azərbaycanın tanınmış ziyalıları, elm və təhsil xadimləri də vətəndaş cəmiyyətinin güclənməsinə dəstək verirlər. Bu baxımdan Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru, professor Cəfər Cəfərovun vətəndaş cəmiyyətinin inkişafına göstərdiyi dəstəyi xüsusi qeyd edə bilərik. Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun və vətəndaş cəmiyyətinin inkişafında göstərdiyi xidmətlərə görə rektor Cəfər Cəfərov bu təşkilat tərəfindən Fəxri Fərmanla təltif edilib. Yeri gəlmişkən onu da qeyd edək ki, rektor Cəfər Cəfərov ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə 28 dekabr 2001-ci il tarixdə Milli Məclis tərəfindən qəbul olumuş və ilk Ombudsman təsisatının yaradılmasının özülünu qoymuş “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanununun 15-ci ildönümü münasibətilə, habelə savadlı kadrların yetişdirilməsi,insan hüquq və azadlıqlarının təmini istiqamətində maarifləndirmə tədbirlərinin həyata keçirilməsi sahəsində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) ilə uzun illər səmərəli əməkdaşlığına görə Ombudsmanın Fəxri Fərmanına və Azərbaycan Respublikasının Dövlət Himnini səsləndirən xatirə medalına layiq görülüb. Biz də bu təltifatlar münasibətilə Cəfər müəllimi ürəkdən təbrik edir, möhkəm cansağlığı, elmi-pedaqoji və ictimai fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!
ADPU-nun İctimaiyyətlə əlaqələr şöbəsi