Nərmin Baxışova: BANM-in məzunu olmağımdan qürur duyuram

Nərmin Baxışova: BANM-in məzunu olmağımdan qürur duyuram Bakı Ali Neft Məktəbində kimya mühəndisliyi ixtisası üzrə təhsilimi bitirirəm. Bu ali məktəbin məzunu olmağımdan qürur duyuram. Həmçinin çox sevinirəm ki, fərqlənmə diplomuna layiq görülmüşəm.
Nərmin Baxışova 2014-cü ildə orta məktəbi bitirib. Həmin il ali məktəbə 644 balla qəbul olunub.
Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin əhəmiyyətindən bəhs edən məzun vurğulayıb ki, ölkəmizdə təhsilə xüsusi önəm verilir. Gənclərin təhsili üçün geniş imkanlar yaradılır. Bütün bunlar gənclərin daha parlaq gələcəyinə hesablanıb.
Nərmin Baxışova “Maire Tecnimont” şirkətində işə dəvət olunub. O, həmin şirkətdə çalışmaq, sonra isə təhsilini davam etdirmək arzusunda olduğunu söyləyib.

BANM-nin Mətbuat Xidməti

Oxşar xəbərlər