Azərbaycan elminin yeni mərhələdə inkişafını nəzərdə tutan strategiya hazırlanır

Azərbaycan elminin yeni mərhələdə inkişafını nəzərdə tutan strategiya hazırlanır “Azərbaycan elminin yeni mərhələdə inkişafını nəzərdə tutan strategiya hazırlanır”.
Bu fikirləri AMEA-nın prezidenti, akademik Akif Əlizadə Rəyasət Heyətinin iyulun 17-də keçirilən səyyar iclasında səsləndirib. Akademik qeyd edib ki, “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya” başa çatıb və strategiya çərçivəsində həyata keçirilən tədbirlərlə bağlı ölkə rəhbərliyi qarşısında hesabat verilib.
AMEA prezidenti elmin yeni inkişaf yollarını müəyyənləşdirən 2020-2025-ci illərə dair strategiya planından, elmin davamlı inkişafını təmin etmək məqsədilə sənəddə əks olunacaq fəaliyyət proqramından söz açıb: “Burada AMEA-nın və bütövlükdə Azərbaycan elminin gələcək inkişaf istiqamətləri öz əksini tapacaq, eyni zamanda elmi qanunvericiliyə dair normativ-hüquqi sənədlərdə alim və mütəxəssislərin fəaliyyətini genişləndirməyə imkan verən dəyişikliklərin edilməsilə bağlı təkliflər irəli sürüləcək. Strategiya planı Azərbaycan Respublikası Təhsil Nazirliyi, ali təhsil müəssisələri, eləcə də AMEA-nın elmi bölmələri, elmi müəssisə və təşkilatlarının birgə təklifləri əsasında hazırlanacaq. Sənədin yekun layihəsinin təsdiqlənməsi üçün dövlət başçısına müraciət olunacaq”.

AMEA-nın Mətbuat Xidməti

Oxşar xəbərlər