Yaponiya Beynəlxalq Kosmik Stansiyaya pilotsuz yük gəmisi göndərəcək

Yaponiya Beynəlxalq Kosmik Stansiyaya pilotsuz yük gəmisi göndərəcək Yaponiya Beynəlxalq Kosmik Stansiyaya pilotsuz yük gəmisi göndərəcək. SİA xarici kütləvi informasiya vasitələrinə istinadən xəbər verir ki, “Konotori-8” kosmik aparatının buraxılışı sentyabrın11-nə nəzərdə tutulub. Bu barədə Yaponiyanın Aerokosmik Tədqiqatlar Agentliyi məlumat yayıb.
Məlumatda qeyd olunub ki, yük kosmik gəmisinin buraxılışı cənub-qərbi Kaqosima prefekturasındakı Taneqasima adasında yerləşən kosmodromdan ağır H2B raketdaşıyıcısı vasitəsilə həyata keçiriləcək. Kosmik gəminin sentyabrın 14-də Beynəlxalq Kosmik Stansiyaya çatacağı bildirilir. Onun göyərtəsində çoxlu faydalı məhsullar və avadanlıqlar, o cümlədən Sony firması ilə birgə hazırlanmış Yerlə optik telekommunikasiyanı yerinə yetirən aparat olacaq. Bu aparatın sınağı cari ilin sonunadək həyata keçiriləcək. “Konotori-8” gəmisinin içərisində kosmosun tədqiqi məqsədilə iki mikro-peyk də yerləşdiriləcək.
Xatırladaq ki, eyni seriyalı bundan əvvəlki yapon yük kosmik gəmisinin buraxılışı ötən ilin noyabrında həyata keçirilib.

Tehsil-press.az

Oxşar xəbərlər