Dubay əmiri Şeyx Məhəmməd bin Rəşid Əl-Maktum Londona qaçan 6-cı arvadı şahzadə Həyya ilə ilk məhkəmə prosesindən sonra sosial şəbəkə paylaşımı ilə diqqət çəkib.
Şeyxin paylaşdığı “Əlahəzrət qılıncları” şeirində "çətinliklərin öhdəsindən gəlmək, ən çətin şeyləri asan yolla həll etmək, hökmdarlıq mübarizəsi, iti bıçaqlarla parıldayan qılınc və intiqam almaq" ifadələri diqqət çəkib. Şeirin Əl-Maktuma, yaxud hansısa şairə məxsus olması bilinmir.
Xatırladaq ki, çahzadə Həyya London məhkəməsində təhlükəsizliyinin təmini üçün qorunma tələb etmişdi. Şeyxlə şahzadənin ikinci məhkəmə prosesi noyabrın 11-də olacaq.
Qeyd edək ki, Həyya 39,3 milyon dollar götürərək Londona qaçıb və orada 107 milyon dollarlıq malikanədə yaşayır.
70 yaşlı Şeyx Məhəmməd 4 milyard dollarlıq sərvəti ilə dünyanın ən zəngin insanlarından biridir.
Tehsil-press.az