Peşə təhsili müəssisələrinə sənəd qəbulu avqustun 5–dən 20-dək “ASAN xidmət” mərkəzlərində, belə mərkəzlərin fəaliyyət göstərmədiyi şəhər və rayonlar üzrə isə müvafiq peşə təhsil müəssisələrində ödənişsiz formada və elektron qaydada həyata keçiriləcək.
Bu məlumat avqustun 2-də Peşə Təhsili üzrə Dövlət Agentliyində peşə təhsili müəssisələrinə sənəd qəbulu ilə bağlı keçirilən mətbuat konfransında açıqlanıb.
Konfrans zamanı Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Amil Əlili peşə təhsil müəssisələrinə qəbul qaydaları barədə geniş məlumat verib. O, həmçinin peşə təhsilində mövcud pilot layihələr və 2019-2020-ci tədris ilində qəbulu nəzərdə tutulan yeni ixtisaslara toxunub.
Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”) İnsan resursları və təlim şöbəsinin müdir müavini Cahangir Hacıyev peşə təhsil müəssisələrinə sənəd qəbul prosesində “ASAN xidmət” mərkəzlərinin və könüllülərin rolundan söz açıb.
Tədbirdə sənəd qəbulu zamanı əhalinin rahatlığı, şəffaflığın təmin olunması ilə yanaşı, obyektiv qəbul prosesinin təşkilinə xidmət göstərilməsi məsələləri ilə bağlı müzakirələr aparılıb.
Xatırladaq ki, ötən illərdə olduğu kimi bu il də peşə təhsili müəssisələrinə sənəd qəbulu “ASAN xidmət” ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək.
Tehsil-press.az