“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın beş ili çərçivəsində Mingəçevir “ASAN Peşə” Təhsil Mərkəzində media nümayəndələri üçün “Azərbaycan Respublikasında peşə təhsili: islahatlar və perspektivlər” mövzusunda seminar keçirilib.
Seminarda Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor əvəzi Amil Əlili jurnalistlərə peşə təhsili ilə bağlı yeni layihələrin hazırlanması barədə məlumat verib:
“Bu layihələr normativ-hüquqi aktların layihələridir ki, buraya peşə təhsili müəssisələrinin və xüsusi peşə təhsili müəssisələrinin nümunəvi nizamnaməsi, həmin müəssisələrdə tətbiq edilən dövlət peşə təhsili standartları, peşə təhsilinin inkişafı fondunun nizamnaməsinin layihəsi daxildir”.
Amil Əlili qeyd edib ki, noyabrda peşə təhsili müəssisələrinin müəllimlərinin növbəti diaqnostik qiymətləndirilməsinin keçiriləcək:
“İmtahanda 600-ə yaxın peşə təhsili müəllimi iştirak edəcək. İstehsalat təlim ustaları, ixtisas fənn müəllimləri və indiyə qədər qiymətləndirmədə iştirak etməyən mühəndis pedoqoji sahənin müəllimləri də imtahana cəlb olunacaq. İmtahanlardan keçən müəllimlərin maaşları artırılacaq”.
Qeyd edək ki, ötən diaqnostik qiymətləndirmədən keçən 60 müəssisənin müəllimləri artıq artımla əməkhaqqı alırlar.
Direktor əvəzi qeyd edib ki, 2016-2017-ci tədris ilindən başlayaraq, peşə təhsili müəssisələrinə sənəd qəbulu “ASAN Peşə” layihəsi çərçivəsində həyata keçirilir.
Cari dərs ilində “ASAN Peşə” layihəsi bütün ölkəni əhatə edib, Bakı və regionlarda yerləşən "ASAN xidmət” mərkəzləri ilə yanaşı, Quba və Mingəçevir, Bakıda fəaliyyət göstərən iki “ASAN Kommunal” mərkəzləri də prosesə cəlb olunub.
Daha sonra media nümayəndələri həmçinin “Rəqəmli idarə olunan dəzgahların kompüter operatoru” ixtisası üzrə təhsilalanların istehsalat təcrübəsi prosesi ilə yaxından tanış olublar.