Dağlarda dörd gündə üç nəfər ölüb

Dağlarda dörd gündə üç nəfər ölüb İsveçrədə Dan Blanş zirvəsinə qalxarkən iki almaniyalı alpinist ölüb.
Dan Blanş zirvəsi 4357 metr yüksəklikdə yerləşir.
Məlumata əsasən, hadisə iyulun 3-də saat 8:30-da baş verib. Bildirilir ki, alpinistlər zirvəyə qalxan zaman yıxılıblar. Yıxılmanın şahidi digər alpinistlər olub və xilasetmə xidmətlərinə xəbərdarlıq ediblər.
Hazırda hadisənin səbəbləri araşdırılır və ölənlərin kimliyi müəyyənləşdirilir.
Bundan əvvəl, avqustun 1-də İngiltərədən olan 58 yaşlı turist Ştralhorn dağına qalxarkən həlak olub.

Tehsil-press.az

Oxşar xəbərlər