Pedaqoji Universitetdə bədbəxt hadisə

Pedaqoji Universitetdə bədbəxt hadisə Azəbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) bədbəxt hadisə baş verib.

Tehsil-press.az-ın əldə etdiyi məlumata görə, ADPU-də təhsil alan Bərdə rayon sakini, 1996-cı il təvəllüdlü Mustafayeva Tahirə Nazim qızı təhsil müəsisəsində pilləkənlərlə yuxarı qalxarkən ayağı sürüşüb. Nəticədə T.Mustafayeva pilləkənlərdən yıxılaraq kəllə-beyin travması alıb. O, 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb, vəziyyəti stabil-ağırdır. 20 yaşlı tələbənin pilləkənlərdən qalxarkən ayağının sürüşməsinə səbəb kimi orada aparılan təmir işləri göstərilir. Belə ki, pilləkənlərın üzərinə sürüşkən mayenin töküldüyü müəyyən edilib. Faktla bağlı araşdırma aparılır.

Tehsil-press.az

Oxşar xəbərlər