Azərbaycan Universiteti oktyabrın 10-dan 12-dək Bakı Ekspo Mərkəzində keçiriləcək 13-cü Beynəlxalq Təhsil Sərgisində iştirak edəcək.
Ziyarətçilərə tədris olunan ixtisaslar, bu ali məktəbin beynəlxalq əlaqələri, tələbələr üçün xaricdə təhsil imkanları, mübadilə proqramları, təqaüd proqramları, son bir il ərzində əldə olunan nailiyyətlər haqqında məlumat veriləcək, həmçinin tələbələrin hazırladıqları robot və elektronika cihazları nümayiş ediləcək. Sərgiyə hazırlıq davam edir.
Azərbaycan Beynəlxalq Təhsil Sərgisi ölkəmizdə müvafiq sahə üzrə ən mühüm tədbirdir, peşəkar ünsiyyət və təhsil layihələrinin həyata keçirilməsi üçün səmərəli platformadır. 2018-ci ildə sərgidə dünyanın 12 ölkəsindən 135 şirkət iştirak edib, 11 min 808 ziyarətçi ekspozisiya ilə tanış olub. Azərbaycan Universiteti ötənilki sərgidə də uğurla təmsil olunub.

Mətbuat Xidməti