Bakı Ekspo Mərkəzində təşkil edilən XII Azərbaycan beynəlxalq təhsil sərgisi (“Education 2018”) işini oktyabrın 12-də davam etdirir.
“Uşaqların gələcəyinə sərmayə” devizi altında təşkil edilən sərgi hər kəsə həm ixtisası, həm də təhsil müəssisəsini seçmək üçün geniş imkanlar yaradır. Ayrı-ayrı ölkələri təmsil edən şirkətlər xaricdə təhsil proqramları, müasir texnologiyalar və sinif otaqları üçün lazım olan müxtəlif avadanlıqlar təqdim edirlər.
Ötən illərlə müqayisədə Təhsil Nazirliyi sərgidə geniş pavilyonda təmsil olunur. Sərgiyə gələnlərə “Məktəbəhazırlıq”, “Olimpiadalara hazırlıq mərkəzi”, “Peşə Təhsili üzrə Dövlət Agentliyi”, “Təhsil” Respublika İdman Mərkəzi”, “Uşaq-Gənclər İnkişaf Mərkəzi”, “SABAH qrupları”, “İçərişəhər ənənəvi incəsənət mərkəzi”, “Sağlam təhsil-sağlam millət”, “Maarifçi” Tələbə Kredit Fondu”, “Məktəblinin dostu”, “Modul tipli məktəblər”, “İT STEP”, “Media Mərkəz -Təhsil TV” və digər stendlər təqdim edilir.
Sərgidə Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Dövlət Universiteti, Bakı Mühəndislik Universiteti, Lənkəran Dövlət Universiteti və digər təhsil müəssisələrimiz uğurla iştirak edirlər. Tədbirdə, həmçinin “ADA” Universiteti, Milli Aviasiya Akademiyası və Azərbaycan Universiteti öz stendləri ilə təmsil olunurlar.
Sərginin “Xaricdə təhsil” sektorunda Gürcüstan, Latviya, Rusiya, Türkiyə və digər ölkələrin təmsilçiləri öz məktəb, gimnaziya, kollec, universitet və kurslarını təqdim edirlər.
Beynəlxalq sərginin gündəliyinə işgüzar görüşlər, panel müzakirələr, media-təqdimatlar və ayrı-ayrı mövzulara dair mühazirələr daxildir.
Qeyd edək ki, sərgi Təhsil Nazirliyinin dəstəyi, “Caspian Event Organisers” (“CEO”) şirkətinin təşkilatçılığı ilə reallaşdırılıb. “Kapital Bank”ın baş sponsor olduğu sərgi Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən də dəstəklənir.
Tehsil-press.az